Dünən (25 aprel) Aqil Xəlili döyməkdə ittiham olunan MTN zabiti Akif Çovdarovun saxlanılması barədə “Azadlıq” qəzetinə məlumat daxil olub.
Qəzetin yazdığına görə, Xəlilin fevralın 22-də döyülməsi ilə bağlı istintaqa dəvət edilən Çovdarov bir neçə saat dindirildikdən sonra məsuliyYətə cəlb olunub.
“Azadlıq” qəzeti məlumatın doğru olub-olmadığını dəqiqləşdirmək üçün MTN–nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayevlə telefon əlaqəsi yaradıb. Babayev bu məlumatın əsassız olduğunu və Xəlilin döyülməsi ilə bağlı cinayət işinin prokurorluqda araşdırıldığından bu kimi məlumatlarla əlaqədar dəqiqləşdirmələri onlarla aparmağı məsləhət görüb. Baş prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsindən də Çovdarovun saxlanılmadığını bildiriblər.
”Azadlıq” qəzeti məlumatı dəqiqləşdirmək məqsədi ilə özlərinin özəl qaynaqları ilə də əlaqə saxlayıb. Onların verdiyi məlumata görə, Çovdarov həbs edilməyib və ümumiyyətlə məsuliyyətə cəlb olunmayıb.