PİA.AZ-IN BAŞ REDAKTORU HƏDƏLƏNİB

İyulun 28-də Pia.az İnformasiya Agentliyinin baş redaktoru Azər
Qaramanlı Neftçalada yerli icra hakimiyyətinin nümayəndələri
tərəfindən təhdid olunub.

Bu barədə  bu gün (29 iyul) Reportyorların
Azadlıq və Təhlьkəsizlik İnstitutuna (RATİ)  baş redaktorun  özü
məlumat verib.
A.Qaramanlı bildirdi ki, icra başçısı İsmayıl Vəliyevin özü  ilə
bərabər rayona gətirdiyi və ixtisasca baytar olmasına baxmayaraq,
Neftçala rayonunun baş memarı vəzifəsinə təyin etdiyi Rüstəm Tahirov
onu hədələyib: “Mənə bildirdi ki, guya bizim saytdan kimsə onu zəng
edib təhqir edib. Halbuki belə bir məsələ olmayıb”.
Baş redaktor onu da qeyd etdi ki, artıq baş vermiş olayla bağlı
məhkəməyə müraciət etməyə hazırlaşır: “Mən telefon danışığımızın
mətninin çıxarılmasını da tələb edəcəyəm. Bu adam məni açıq-aşkar
təhdid etməklə yanaşı, çox nalayiq ifadələr işlədib. Hər halda, bu iş
belə qalmayacaq”.
       Baş redaktor onu da bildirdi ki, eyni zamanda Mətbuat Şurasından da
məsələyə reaksiya verilməsini istəyir: “Əgər bu gün hansısa məmur
jurnalisti bu tərzdə aşağılayırsa, Mətbuat Şurası bu məsələyə reaksiya
verməlidir.
Previous Post

VİDADİ İSGƏNDƏROV ACLIQ AKSİYASINA BAŞLAYIB

Next Post

YAY UŞAQ DÜŞƏRGƏLƏRİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.