İDDİAÇI JURNALİSTLƏRƏ QARŞI QALDIRDIĞI İDDİANI GERİ GÖTÜRÜB

 Bu gün (30 oktyabr) Şəki Rayon Məhkəməsində hakim Elbrus Məmmədovun sədrliyi ilə  “Korrupsiya və Cəmiyyət ”jurnalının baş redaktoru Məmməd Əhmədoğluna (Həmidov) və jurnalın məsləhətçisi Valeh Yusifliyə, həmçinin “Sərbəst qəzet”-in baş redaktoru Telman Məmmədova qarşı qaldırılmış iddia üzrə hazırlqı iclası keçirilib.

Bu barədə RATİ-yə M.Əhmədoğlu məlumat verib. Onun sözlərinə görə, bu gün keçirilən hazırlıq iclasında iddiaçı öz ərizəsini geri götürüb. İddia ərizəsinin geri götürülməsinə iddia ərizəsindəki müddəaların əsaslandırılmaması səbəb olub və nəticədə iddiaçı ərizəsini geri götürdüyü üçün hakim işə xitam verib.
 
Xatırladaq ki, Əhmədov  Əhmədi-Muxtar 15 oktyabr 2009- cu ildə “Korrupsiya və Cəmiyyət ”jurnalının baş redaktoru Məmməd Əhmədoğluna (Həmidov), “Sərbəst qəzet”in baş redaktoru Telman Məmmədova və  “Korrupsiya və Cəmiyyət ”jurnalının məsləhətçisi Valeh Yusifliyə qarşı iddia qaldırmışdı. İddiaya səbəb "Sərbəst qəzeti”-nin 25 iyul 2009-cu il tarixli buraxılışında "Siyasi meyit itkin düşüb" başlıqlı yazı olub. İddiaçı özünün və ailəsinin şərəf və ləyaqətinin alçaldıldığı iddiası ilə Şəki rayon məhkəməsinə müraciət etmişdi.
 
 
Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ BLOGGERLƏRLƏRƏ BAŞ ÇƏKİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.