MAHAL İSMAYILOĞLUNUN MƏHKƏMƏ HAZIRLIQ İCLASI KEÇİRİLDİ

Bu gün (29 mart) Abşeron Rayon Məhkəməsində hakim Şəmsəddin Abbasovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin köşə yazarı, “Xalq” qəzetinin keçmiş baş redaktoru Mahal İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin (CM) 221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə açılmış cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında təqsirləndirilən şəxs Mahal İsmayıloğlu, onun hüquqlarını müdafiə edən şəxslər, “Media Hüquqları İnastitutu” nun vəkili Elçin Sadıqov və vəkil Əlayif Həsənov, zərərçəkmiş qismində isə Nəsibə Səfərova iştirak edirdi. İclasda vəkil Ə. Həsənov vəsatətlə çıxış edərək bildirdi ki, müdafiə etdiyi şəxslə müqaviləni yeni bağladığından   cinayət işinin materialları ilə tanış ola bilməyib. Belə ki, vəkil Ə. Həsənov  hakimdən məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etdi. Zərərçəkmiş tərəf bu vəsatətə etiraz etsə də, hakim Ş. Abbasov növbəti məhkəmə iclasını aprel ayının 7-si, saat 14:30-a təxirə saldı.
 Sonda M. İsmayıloğlu Türkiyədə ürəyindən əməliyyat keçirilməsinə ehtiyacı olduğunu bildirdi. Lakin barəsində ölkəni tərk etməmək haqqında qətimkan tədbiri seçildiyindən bunun mümkün olmadığını əlavə etdi. Hakim bu məsələnin növbəti məhkəmə hazırlıq iclasında müzakirə ediləcəyini bildirdi.
Xatırladaq ki, M. İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun ona qarşı olan şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu zibili onun qapısına tökdüyünə görə döyməsi olub. Bu səbəbdən M. İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılıb.
Previous Post

ELAN!

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.