QƏNİMƏT ZAHİDİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İLKİN MƏHKƏMƏ BAXIŞI KEÇİRİLİB

Dünən (2 noyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Rəsul Səfərovun sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin cəzasının qalan hissəsinin daha yüngül cəza ilə əvəz olunması tələbinə əsasən Əzizbəyov rayon Məhkəməsinin  17 sentyabr 2009-cu il tarixində çıxardığı qərarından verilmiş apelyasiya şikayəti üzrə ilkin məhkəmə baxış iclası keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil E. Sadıqovun sözlərinə görə,  Q. Zahidin  məhkəmə prosesində iştirak etməsi ilə bağlı vəsatəti təmin edilməyib və hakim R. Səfərov növbəti  məhkəmə prosesini 9 noyabr saat 11:00-a təyin edib.
Qeyd edək ki, Qənimət Zahid cəzasının üçdə bir hissəsini çəkdiyinə görə cəzasının qalan hissəsini azadlıqda çəkməsi ilə bağlı qaldırılmış iddia Əzizbəyov rayon məhkəməsi tərəfindən təmin edilməmişdi.
Xatırladaq ki, hazırda 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

“ARTİCLE 19” TƏŞKİLATI AZƏRBAYCANDA İNFORMASİYA ƏLDƏ ETMƏK HÜQUQUNUN TƏMİN EDİLMƏSİ İLƏ BAĞLI HESABA

Next Post

PRELIMINARY HEARING HELD ON GANIMAT ZAHID’S APPEAL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.