HÜQUQ MÜDAFİƏÇİSİNİN POÇT MÜƏSSİSƏSİNƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ BAŞLANDI

Bu gün (05 yanvar) Yasamal rayon Məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə RATİ-nin əməkdaşı Rəsul Cəfərovun “Azərekspresspoçt” Rabitə Müəssisəsinə (RM) qarşı iddiası üzrə məhkəmə hazırlıq iclası keçirildi.

Prosesdə iddiaçının nümayəndəsi Yaşar Ağazadə və cavabdehin nümayəndəsi “Azərekspresspoçt” RM-nin hüquq şöbəsinin rəsi müavini Səfərov Bəhram iştirak edirdilər.

İddiaçının nümayəndəsi Y.Ağazadə “Azərekspresspoçt” RM-nin təsis və qeydiyyat sənədlərinin təsdiq edilmiş surətlərinin iddiaçıya verilməsi, Azərbaycan Respublikası Rabitə və Texnologiyaları Nazirliyinin və “Azərpoçt” Dövlət Müəssisəsinin maraqlı şəxs qismində prosesə cəlb edilməsini, eləcə də məhkəmə prosesində foto və video çəkilişin aparılması barədə vəsatət qaldırdı.

Hakim Fuad Talışınski təsdiq edilmiş surətlərin iddiaçıya verilməsi ilə bağlı vəsatəti təmin etsə də, yalnız “Azərpoçt” Dövlət Müəssisəsinin maraqlı şəxs qismində prosesə cəlb edilməsini dəstəklədi, foto və video çəkilişin aparılmasına isə ümumiyyətlə icazə vermədi. Məhkəmə baxışı 12 yanvar saat 11:00-a təyin edildi.

Qeyd edək ki, prosesə vaxtında gəlmələrinə baxmayaraq,  hakim “Obyektiv TV”- nin əməkdaşlarının gecikdiyini bəhanə edərək onların şəkiliş aparmamaq şərti ilə prosesini müşahidə etmələrinə də icazə vermədi.

Xatırladaq ki, Cəfərov Beynəlxalq Ədalət Körpüsü (İBJ) təşkilatının 2010-cu il qalibi kimi hüquq müdafiəçiləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edəcəyi tədbirə sənədlərin poçt tərəfindən itirilməsi nəticəsində qatıla bilməyib. 2010-cu ilin avqust ayında Sinqapurda təşkil edilən tədbirlərə qatılmaq üçün hüquq müdafiəçisi viza almaq məqsədilə müvafiq sənədləri bu ölkənin Cenevrədə (İBJ-nin Baş ofisi bu şəhərdədir) yerləşən səfirliyinə göndərib. Lakin “Azərekspresspoçt” Rabitə Müəssisəsi vasitəsilə göndərilən sənədlər itirilib.  

 

 

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİNİN POÇT MÜƏSSİSƏSİNƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ BAŞLANDI

Next Post

ALİ MƏKTƏBDƏN QOVULAN TƏLƏBƏ YENİDƏN REKTORU MƏHKƏMƏYƏ VERDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.