HAZIRLIQ İCLASI TƏXİRƏ SALINDI

Bu gün Nəsimi rayon məhkəməsinin hakimi Məmməd Məmmədovun sədrliyi ilə ANS-in “Azadlıq fədailəri” qəzetinə qarşı qaldırdığı iddia əsasında keçirilməli olan məhkəmə hazırlıq iclası təxirə salınıb.

Məhkəmədə iddiaçı tərəfin nümayəndələri Hacıyev Tofiq və Tağıyev Araz da iştirak edirdi. Hazırlıq iclasının təxirə salınmasına  qəzetin baş redaktoru Vüqar Qurdqanlının üzərində lazımı sənədlərin olmaması səbəb olub. Növbəti məhkəmə iclası 30 yanvar saat 10:00-a təyin edilib.
Xatırladaq ki, “Ans press" Nəşriyyat Evi   "Azadlıq fədailəri" qəzetini və qəzetin Allahverdi Nəbi adlı   əməkdaşını qəzetin 28.11 – 01.12-2007-ci il tarixli sayında dərc edilmiş yazıya görə məhkəməyə verib. İddiaçı qəzetdə "ANS-in pornoqrafiyası" başlıqlı və "ANS hər zaman, hər yerdədir-tərbiyəsizliyi ilə" sərlövhəli məqaləsində yazılan yazıların həqiqətə uyğun olmadığını, yalan, alçaldıcı və təhqiredici məlumatlar olduğunu hesab edir. "Ans press" Nəşriyyat Evi məhkəmədən qəzetin  təkzib verməsi, qəzetdən 50000 (əlli min) manatın tutulması, qəzetin əməkdaşı Allahverdi Nəbidən 10000 (on min) manatın tutulması haqqında qətnamə çıxarmasını xahiş edib.   

Previous Post

SABİQ NAZİRİN QƏZET YARADACAĞI BİLDİRİLİR

Next Post

XÜSUSİ “PRESS” LÖVHƏLƏR HAZIRLANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.