“AZAD DALĞALAR” LAYİHƏSİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

Bu gün (29 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Mətbuat Mərkəzində “Azad Dalğalar: Azərbaycanda teleyayım üzrə monitorinq və demokratik islahat təşəbbüsü” layihəsinin təqdimat mərasimi keçirilmişdir.

2009-cu ilin martından 2011-ci ilin yanvarına kimi RATİ Media Hüququ İnstitutu (MHİ), Hollandiya Jurnalistika Məktəbi və MEMO 98 (Slovakiya QHT-si) təşkilatları ilə birlikdə bu layihəni həyata keçirir. Layihə Avropa Komissiyası tərəfindən maliyyələşir.
Layihənin məqsədi iki fundamental hüququ – media azadlığı və teleyayım mediasında söz azadlığını möhkəmləndirməkdir.
Azərbaycan əhalisinin 80%-i məlumatı televiziya vasitəsilə alır, bununla belə ekspertlər əmindirlər ki, Azərbaycanda TV sektoru inhisarlaşıb və telekanallar tez-tez yerli qanunları, eyni zamanda beynəlxalq etik norma və standartları pozan balanslaşdırılmamış məlumatlar təqdim edirlər. Bundan əlavə, müxalifət üzvləri, azlıqlar və azad fikirli insanlar çox nadir hallarda işıqlandırılır. Bu tendensiyalar Azərbaycan vətəndaşlarının azad mətbuat hüququnu pozur, belə ki, onlar tez-tez qeyri-dəqiq, tam olmayan və qərəzli məlumat təqdim edirlər. Eyni zamanda siyasi müxalifətin, azlıqların və azad fikirli insanların öz fikirlərini ifadə etmək hüququ pozulur.
22 ay ərzində layihə teleradio yayım üzrə mövcud qanunvericiliyin pozulması hallarını müəyyənləşdirməyə və bu sahəyə aid demokratik islahatları, mətbuat və söz azadlığını dəstəkləməyə yönələcək.  Layihə bir neçə hissədən ibarətdir –  Azərbaycanın teleradio üzrə qanunvericilik bazasının qiymətləndirilməsi, TV proqramların monitorinqi, monitorinq hesabatlarının və ölkənin teleradio qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmağa xidmət edən və ölkənin beynəlxalq təşkilatlar qarşısında öhdəliklərini yerinə yetirməyə kömək edən qanunvericilik təşəbbüsləri (qanunvericiliyə tövsiyə paketləri) də daxil olmaqla  bu sahədə demokratik islahatlar üçün tövsiyələrin hazırlanıb təqdim olunması və teleradioyayım məsələləri üzrə təmənnasız hüquqi məsləhət verilməsi.
Telekanalların monitorinqi üçün istifadə edilən metodologiya, eyni zamanda Azərbaycanın teleradio üzrə qanunvericilik bazasının qiymətləndirilməsi izah edilir. Bu hesabatların nüsxələri mətbuat konfransında paylanılacaq (həm Azərbaycan, həm də ingilis dillərində). Bu hesabatlar həmçinin RATİ-nin və yaxın gələcəkdə yaradılacaq “Azad Dalğalar” layihəsinin veb-səhifəsində yerləşdiriləcək.
Previous Post

“MEDİA AÇARI” MÜSABİQƏSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLİB

Next Post

“AZAD DALĞALAR” LAYİHƏSİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.