MƏTBUAT ŞURASI NÜMAYƏNDƏLƏRİ HƏBSDƏKİ JURNALİSTLƏRLƏ GÖRÜŞÜBLƏR

Mayın 22-də Mətbuat Şurasının sədri Əflatun Amaşov, MŞ üzvləri Mehman Əliyev və Ümid Rəhimoğlu 17 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan “Azadlıq “ qəzetinin baş redaktoru Qənimət Zahid (Zahidov) və 2 saylı cəzaçəkmə müəssisəsində “Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Müşfiq Hüseynovla, may ayının 23-də isə 12 saylı cəzaçəkmə müəssisəsində “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetinin baş redaktoru Eynulla Fətullayevə baş çəkiblər.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ), MŞ üzvü,  “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev məlumat verib.
Onun sözlərinə görə məhbus jurnalistlərin səhhətləri normaldır, saxlanma şəraitlərindən də heç bir şikayətləri yoxdur. Onun sözlərinə görə, həbsdəki jurnalistlərdən yalnız Q.Zahid cəzasının üçdə birini artıq çəkdiyini xatırladaraq azad edilməsinə yardım etmək üçün MŞ nümayəndələrinə müraciət edib. Ə. Amaşov baş redaktorun xahişini nəzərə alaraq bu barədə hakimiyyət orqanlarına müraciət edəcəyini bildirib.
Xatırladaq ki, Müşfiq Hüseynov 2007-ci il iyulun 24- də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Qənimət Zahid  CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.
E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq  2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Previous Post

LƏNKƏRAN ŞƏHƏR MƏHKƏMƏSİ TƏLƏBƏNİN İDDİA ƏRİZƏSİNİ GERİ QAYTARIB

Next Post

“SÖZ AZADLIĞI VƏ JURNALİSTLƏRİN MÜDAFİƏSİNƏ YARDIM FONDU” JURNALİSTLƏRƏ YARDIM AYIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.