PARİS VƏ LONDONDA GƏNC BLOQÇULARLA BAĞLI AKSİYA KEÇİRİLİB

Yanvarın 22 də gənc bloqçular Adnan Hacızadə və Emin Millinin Müdafiə Komitəsinin Parisdə – Azərbaycan səfirliyi qarşısında təşkil etdiyi mitinqə Sərhədsiz Reportyorlar təşkilatı da qoşulub.

Aksiyada iştirak edən 30 nəfər Azərbaycan hökumətindən gəncləri dərhal azad etməsini  və  ittihamları geri götürməsini tələb etmişlər. Eyni müdafiə aksiyası Londonda da baş tutmuşdur. Bloqçuların azad olunması üçün səfirliklərin rəsmilərinə müraciət olunmuşdur.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Adnan Hacızadənin 2 il 6 ay, Emin Millinin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

Previous Post

Emin Milli və Adnan Hacızadənin Apellyasiya məhkəməsi 22.01.2010

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.