İCTİMAİ BİRLİK SƏDRİ MƏTBUAT KONFRANSI KEÇİRİB

Bu gün (16 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində "Regional İnsan Hüquqları və Maarifləndirmə  Mərkəzi" ictimai birliyinin sədri Lətafət Məlikova təşkilatın Ədliyyə Nazirliyində qeydiyyata alınması ilə bağlı mətbuat konfransı keçirdi. 

L. Məlikova bildirdi ki, rəhbərlik etdiyi ictimai birlik 2008-ci ilin payızında Kürdəmir rayonunda yaradılıb və məqsədi Şirvan, Qarabağ, Aran və Şimal-qərb rayonlarında hüquq müdafiəsi və maarifləndirmə işi aparmaqdır. O, əlavə edib ki, təşkilatın qeydə alınmaması ilə bağlı Ədliyyə Nazirliyi ilə məhkəmə 2008-ci ilin noyabr ayından  bu vaxta qədər davam edirdi. “2008-ci ilin noyabr ayından  “Regional İnsan Haqları və Maarifləndirmə Mərkəzi” İB-nin qeydiyyata  alınması üçün Ədliyyə Nazirliyinə müraciət etsək də, qeydə alınmadığı üçün məhkəməyə müraciət etmişik. Yasamal rayon məhkəməsində 1 iyul 2009-cu ildə iddianın təmin olunmaması ilə bağlı qərar çıxarılmışdı. 29 sentyabr 2009-cu ildə Bakı Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. Lassasiya şikayətimizə əsasən 27 yanvar 2010-cu ildə Ali Məhkəmə işə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsinə qərar vermişdi” – deyən L.Məlikova bildirdi ki, 10 iyun 2010-cu ildə Ədliyyə Nazirliyinə dəvət edilib və orada  ona təşkilatın qeydə alınması barədə şəhadətnamə təqdim edilib.
Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin rəhbəri Elçin Abdullayev təşkilatların qeydiyyatının siyasi  məsələ olduğunu vurğuladı. O həmçinin,  QHT-lərin qeydiyyata alınmasında təşkilatların adlarının da problem yaratdığını qeyd etdi. O, vurğuladı ki, adında “insan haqlarının müdafiəsi”, “demokratiya” və s. kimi sözlər olan QHT-lərin qeydiyyatı süni şəkildə əngəllənir. “Həmçinin təşkilatı yaradan şəxslərin haqqında və eləcə də təşkilatların yaradılma məqsədləri barədə əsaslı araşdırmalar aparılır” – deyə E.Abdullayev vurğuladı.

Previous Post

ELAN!

Next Post

AŞPA MEDİA AZADLIĞININ YAXŞILAŞDIRILMASI İLƏ BAĞLI AZƏRBAYCAN HÖKUMƏTİNƏ ÇAĞIRIŞLAR EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.