“AZADLIQ” RADİOSUNUN ƏMƏKDAŞI TƏZYİQƏ MƏRUZ QALIB

Mayın 10-da ənənəvi “Gül bayramı”na etiraz aksiyası zamanı peşə fəaliyyətini yerinə yetirən “Azadlıq” radiosunun əməkdaşı Cavanşir Ağamalıyev mülki geyimli şəxslərin fiziki təzyiqinə məruz qalıb.

Bu barədə bu gün (11 may)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.

C. Ağamalıyevin sözlərinə görə, dünən bir qrup müxalif yönlü gənc ağızları bağlı, əllərində “Biz “Gül bayramı” istəmirik, biz demokratiya istəyirik!” sözləri yazılmış plakatla Kukla teatrından Xalça muzeyinədək  yürüş keçirərkən o çəkiliş aparıb.

“Çəkiliş zamanı özlərini təqdim etməyən  mülki geyimli şəxslərdən biri “sən niyə çəkirsən?” deyərək mənə mane olmağa başladı. Kobud davranaraq əli ilə kameranı itələməyə çalışdı. Mən “Azadlıq” radiosunun əməkdaşı, jurnalist olduğumu bildirsəm də, onlar  buna əhəmiyyət verməyərək qollarımı burdular, videokameranı əlimdən aldılar. Kasetdəki çəkilişi pozduqdan sonra kameranı özümə qaytardıalr”- deyə Ağamalıyev bildirib.

Previous Post

MƏCBURİ SÖKÜLƏN TİKİLİLƏRİNİN SAYI MÜƏYYƏN EDİLİB

Next Post

MÜXALİFƏTİN 14 MAY AKSİYASI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.