DÖYÜLƏN JURNALİSTİN İŞİ ÜZRƏ EKSPERT RƏYİ SABAH HAZIR OLACAQ

RATİ bu gün “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin döyülməsi ilə bağlı təhqiqat aparan Binəqədi rayonu 7-ci polis bölməsinin təhqiqatçısı Elnur Əliyevlə əlaqə saxlayıb.

Təhqiqat materiallarının Binəqədi Rayon Prokurorluğundan polis bölməsinə qaytarılmasının səbəbi ilə maraqlandıqda Əliyev bildirdi ki, materialların arasında ekspert rəyi olmadığından və jurnalisti döyən şəxslərin kimliyi müəyyən edilmədiyindən materiallar geri qaytarılıb. Təhqiqatçı onu da əlavə etdi ki, ” bu gün ekspertiza ilə əlaqə saxlamışam. Və mənə bildiriblər ki, sabah ekspert rəyi hazır olacaq. Həmin şəxslərin kimliyi də müəyyən edildikdən sonra işin Binəqədi Rayon Prokurorluğuna göndərilməsi gözlənilir”.
Previous Post

QƏNİMƏT ZAHİDOVUN MƏHKƏMƏSİ YENƏ DƏ TƏXİRƏ SALINIB

Next Post

OSCE Chairman Ilkka Kanerva’s press conference in Baku

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.