MİRZƏ SAKİT BU GÜN DƏ BURAXILMADI

17 mart 2009-cu il tarixində Milli Məclis tərəfindən qəbul olunmuş amnistiya aktına görə, “Azadlıq” qəzetinin satirik yazarı Mirzə Sakit (Sakit Zahidov) azadlığa buraxılmalı idi.

M. Sakitin həyat yoldaşı Rəna Zahidovanın Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi xəbərə görə, jurnalist bu gün səhər saatlarında evlərinə zəng vuraraq saat 11:00-da 10 saylı cəzaçəkmə müəssisəsindən evə buraxılacağını bildirib. Lakin hələ də jurnalist cəzaçəkmə müəssisəsindən buraxılmayıb.
10 saylı cəzaçəkmə müəssisəsinin qeydiyyat şöbəsinin rəisi Sənan Məmmədovun RATİ-i əməkdaşlarına bildirib ki, M. Sakitin azadlığa buraxılması üçün lazımi sənədlər cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən imzalanıb. Lakin sənədə Bakı şəhər Prokurorluğunda imzalanmalı olan sənəd hələ də hazır deyil. S. Məmmədovun bildirdiyinə görə prokurorluğun imzası çəkildikdən sonra yazarın həbsdən azad ediləcək.
 Bakı Şəhər Prokurorluğundan isə məsələ ilə bağlı suallarımızı cavablandırmaqdan imtina etdilər.
Xatırladaq ki, Sakit Zahidov (Mirzə Sakit) narkotik maddə saxlama ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu il martın 17-də qüvvəyə minən amnistiya aktı ilə cəzasının qalan hissəsindən azad edilib.
Previous Post

PREZİDENT YANINDA KİV-Ə DƏSTƏK FONDU YARADILDI

Next Post

MAHAL İSMAYILOĞLUNUN MƏHKƏMƏSİNDƏN GÖRÜNTÜLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.