Saleh Rüstəmov aclığı davam etdirir

Vəziyyətinin kəskin şəkildə pisləşməsinə baxmayaraq, Saleh Rüstəmov 25-ci gündür ki, aclığı davam etdirir. Bu barədə Turan-a noyabrın 30-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində Rüstəmova baş çəkən vəkil Bəhruz Bayramov bildirib.

“Salehin vəziyyəti pisləşməkdə davam edir. O, ağrılarına görə yatmır, amma aclığı dayandırmayacaq”, deyə vəkil bildirib.

“Aclıq kritik həddə yaxınlaşır”, deyə o qeyd edib. 

* Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. O, noyabrın 6-dan etibarən azad edilməsi tələbi ilə müddətsiz aclıq aksiyası keçirir.

Previous Post

Activists intend to hold a protest action in defense of Saleh Rustamov

Next Post

Saleh Rustamov’s hunger strike continues

Start typing to see posts you are looking for.