SƏRDAR ƏLİBƏYLİYƏ YENİDƏN HƏBS CƏZASI VERİLDİ

Bu gün (09 oktyabr) Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə Daxili Qoşunlar (DQ) komandanı general-leytenant Zakir Həsənov, DQ komandanının müavini, general-mayor Fəxrəddin Səmədov, DQ-nin kadrlar idarəsinin rəisi polkovnik Nəsir Hüseynov və DQ Maliyyə Xidmətinin rəisi Namiq Poladovun “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə qarşı qaldırdıqları xüsusi ittiham qaydasında iddiaya əsasən Nizami rayon Məhkəməsinin çıxardığı hökmdən hər iki tərəfin verdiyi apelyasiya şikayəti üzrə qərar çıxarılıb.

Hakim birinci instansiya məhkəməsinin qərarını dəyişdirilməsi, Sərdar Əlibəylini Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə təqsirli bilinərək, dünən Apellyasiya məhkəməsində verilmiş 3 ay azadlıqdan məhrum etmə cəzası ilə birlikdə cəmi 4  ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verdi.
Qeyd edək ki, iddiaçılar “Nota” qəzetində DQ ilə bağlı dərc olunmuş yazılara görə qəzetin baş redaktor əvəzi Sərdar Əlibəyliyə qarşı CM-nin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə iddia qaldırmış və Nizami rayon məhkəməsi 20 iyul tarixində cavabdehə 7 ay icbari iş verilməsi və aylıq gəlirinin 4 faizinin dövlətin nəfinə tutulması barədə hökm çıxarmışdı. İddiaçı tərəf cəzanın artırılması, cavabdeh tərəf isə hökmün ləğv edilməsi və bəraət verilməsi ilə bağlı apellyasiya şikayəti vermişdi.
 Xatırladaq ki, dünən (8 oktyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanov “Azadlıq Hərəkatçıları Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota”  qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə (Əliyev) qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 148-ci (təhqir), qəzetin əməkdaşları Ramiz Tağıyev və Fərəməz  Novruzoğluna (Allahverdiyev) qarşı isə 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Nizami rayon məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayaraq, Sərdar Əlibəyli və qəzetin yazarı Fərəməz Allahverdiyevin 3 ay azadlıqdan məhrumetmə, Ramiz Tağıyevi isə 6 ay islah işləri cəzasına məhkum etmişdi.

Previous Post

Emin Milli və Adnan Hacızadənin mehkeme prosesi 09.10.2009

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.