DÖVLƏT QURUMLARI İLƏ MEDİA ARASINDA EFFEKTİV MÜNASİBƏTLƏRƏ HƏSR OLUNMUŞ SEMİNAR BAŞA ÇATIB

ATƏT-in dünəndən Bakıda “Demokratik cəmiyyətdə dövlət qurumları ilə media arasında effektiv münasibətlərin qurulması” mövzusunda başladığı dəyirmi masa bu gün (20 aprel)  öz işini başa çatdırıb. Bu barədə “Turan” məlumat yayıb.

Tədbirdə çıxış edən ATƏT-in söz azadlığı üzrə nümayəndəsi İlya Dobel əsas diqqəti KİV-lərlə dövlət qurumları arasında münasibətləri tənzimləyən beynəlxalq və yerli qanunvericilik bazasına, informasiya əldə etmək azadlığına, informasiya azadlığı ilə dövlət sirri arasında ziddiyyətlərə, informasiya mənbəyinin müdafiəsi kimi aspektlərə cəlb edib.
İnformasiya mənbəyinin qorunmasına gəlincə, İ.Dobel “jurnalistin dəyərli informasiya qaynağının” açılmasının mümkünsüz olduğunu deyib.
Şəxsi həyatla bağlı informasiya məsələsinə toxunan natiqə görə, məsələ həllini hüquqi müstəvidən çox etik müstəvidə tapmalıdır.  
Litvadan olan media mütəxəssisi Daynyus Radzayeviçs çıxışını daha çox jurnalist-məmur münasibətləri üzərində qurub. Onun fikrincə, bu münasibətlərdə jurnalist obyektiv informasiya ötürücüsü olduğunu heç bir halda arxa plana keçirməməli və məmura bu məsafədən artıq yaxınlaşmamalıdır.
Tədbirə jurnalistlərlə yanaşı, dövlət qurumlarının mətbuat xidmətlərinin təmsilçiləri də qatılıblar.

Previous Post

EYNULLA FƏTULLAYEVİN HƏBSİNDƏN 3 İL ÖTDÜ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.