Oktyabrın 9-u və 10- da Türkiyənin İstanbul şəhərinin Bilgə Universitetində ifadə azadlığının durumu ilə bağlı 7-ci konfrans keçirilib. Konfransda Norveç, Filippin, ABŞ, Türkiyə, Rusiya, Ukrayna, Malayziya , Bolqarıstan, Gürcüstan, Hindistan, Böyük Britaniya, Azərbaycan və İsveçrədən nümayəndələr iştirak edib.
Konfransın ilk günündə konfransa gələn qonaqlar öz ölkələrində ifadə azadlığının durumu ilə bağlı məruzələr ediblər və etdikləri məruzələr ətrafında konfrans iştirakçıları ilə fikir mübadiləsi aparıblar.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov Azərbaycanda ifadə azadlığının durumu ilə bağlı çıxış edib .Oktyabrın 10-u davam edən tədbirdə Türkiyədən olan iştirakçılar Türkiyədə ifadə azadlığının durumu ilə bağlı məlumat veriblər.
Konfransın yekununda dünyanın tanınmış filosofu və linqvisti Noam Chomsky “Dünyada mövcud olan demokratiya və hüquqlar ” mövzusunda mühazirə ilə çıxış edib.
Tədbir “Article İnternational” İfadə Azadlığı Dərnəyi tərəfindən təşkil edilib və tədbirə “Article İnternational Freemuse”, “Article 19”, “Human Rights Watch”, “İFEX (İnternational Freedom of Expression Exchange )” , “İndex on Censorship”, “İnternational Pen”, “İPA” (İnternational Press Assocation ) təşkilatları dəstək verib.