BLOGGERLƏRİN AZAD OLUNMASI İLƏ BAĞLI ABŞ DÖVLƏT KATİBİ HİLLARİ KLİNTONA ÜNVANLANMIŞ MÜRACİƏTİ İMZALA

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bütün maraqlanan tərəfləri ABŞ Dövlət Katibi Hillari Klintona

ünvanlanmış online müraciəti imzalamağa dəvət edir. Bu müraciətdə Klintondan xahiş olunur ki, iyulun əvvəlində Azərbaycana səfəri zamanı Azərbaycan hökumətini həbsdə olan bloqqerlər Adnan Hacızadə və Emin Abdullayevi azadlığa buraxmağa çağırsın.

 

Müraciətin mətn müəllifləri Klintonu “Azərbaycana səfəri zamanı bu məsələni ictimaiyyət qarşısında qaldırmağı və Azərbaycan prezidenti ilə danışıqlar zamanı Hacızadə və Millinin buraxılması” məsələsini müzakirə etməyə səsləyir. Müraciətə əsasən, Klintonun müdaxiləsi “söz azadlığının və ədalətin müdafiəsində güclü təsirə malik olacaq və bu məsələdə böyük rol oynayacaq.”

 

Müraciətlə burda tanış ola bilərsiniz:

 

http://www.thepetitionsite.com/1/freeAdnanHajizadaEminMilli.

 

 

 Müraciət müəllifləri 1000 imza toplamaq niyyətindədirlər. İyunun 21-dən etibarən 600-dən çox imza toplanıb.

 

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

 

Previous Post

İNSAN HÜQUQLARI SAHƏSİNDƏ UNİVERSİTETLƏRARASI YARIŞIN FİNAL TURU KEÇİRİLİB

Next Post

ATASI ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.