AŞ PA-nın Madriddə keçirilən Daimi Komitəsinin iclasında Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel çıxışında Azərbaycanda söz və mətbuat azadlığı məsələsinə toxunub.
“Bizim yol” qəzetinin yaydığı məlumata görə, Azərbaycanda bir-neçə jurnalistin hələ də həbsdə saxlandığının vurğulayan Herkel söz və mətbuat azadlığı ilə bağlı rəsmi Bakının Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri xatırladıb.
O, çıxışında həmçinin Azərbaycan hökumətin xarici radiostansiyaların yayımına törətmək istədiyi əngəldən də danışıb.
İclasda çıxış edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mətbuat azadlığı və insan haqları ilə bağlı problemlərin olduğunu etiraf edib və bu problemlərin aradan qaldırılması istiqamətində də iş aparıldığını bildirib.