RÖVNƏQ ABDULLAYEV SOCAR ƏMƏKDAŞLARI TƏRƏFİNDƏN ÖLÜMCÜL DÖYÜLƏN JURNALİSTƏ QARŞI YENİ BİR İTTİHAM İRƏ

“Bakının Sulutəpə qəsəbəsində qanunsuz tikililərin söküntüsü zamanı baş verən qarşıdurmada ARDNŞ-in bir neçə əməkdaşının vəzifə səlahiyyətlərini aşması müəyyən edilib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib. R. Abdullayev hadisə zamanı jurnalist İdrak Abbasovun döyülməsi məsələsinə də münasibət bildirib:

“Tam məsuliyyətimlə deyə bilərəm ki, Sulutəpədə baş verən hadisələrlə bağlı SOCAR tərəfindən ədalətli araşdırma aparılıb. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, bizim bir neçə əməkdaşımız vəzifə səlahiyyətini müəyyən qədər aşıb. Sözsüz ki, həmin əməkdaşlar cəzalandırılacaq. Lakin bir şeyi də deməliyəm ki, həmin hadisədə jurnalistin döyülməsi baş verməyib. Həmin qarşıdurmada döyüldüyü iddia edilən şəxsin üzərində peşə fəaliyyətini təsdiq edən heç bir sənəd olmayıb. Biz bilirik ki, həmin şəxsin və onun qardaşlarının Sulutəpədə qanunsuz tikilmiş evləri və torpaq sahələri var. Orda müəyyən qruplar var ki, qanunsuz torpaqları zəbt edib və həmin torpaqları satır”.

Xatırladaq ki, “Zerkalo” qəzetinin və RATİ-nin əməkdaşı İdrak Abbasov aprelin 18-də SOCAR-ın Sulutəpə qəsəbəsində evlərin sökülməsindən növbəti reportajını hazırlayarkən adı çəkilən neft şirkətinin əməkdaşları tərəfindən ölümcül düyülüb. Ciddi bədən xəsarətləri alan jurnalist hələ də müalicəsini davam edir. SOCAR isə iki gün bundan əvvəl İ.Abasovla bağlı qarayaxma xarakterli açıqlama yaydı. Onu da qeyd edək ki, İ.Abbasov SOCAR əməkdaşları tərəfindən döyüləndə əynində xüsusi jurnalist gödəkcəsində olub və həmin gödəkcənin şəffaf cibində “Zerkalo” qəzetinin jurnalistə verdiyi vəsiqə olub.  

Previous Post

İCTİMAİ PALATANIN 25 MAY AKSİYASI

Next Post

İCTİMAİ PALATANIN 25 MAY AKSİYASI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.