“TOLIŞİ SƏDO” QƏZETİNİN BAŞ REDAKTORUNUN OĞLU ATASINA GÖRƏ HƏBS EDİLDİYİNİ İDDİA EDİR

Bu gün (23 sentyabr) Səbayel rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə “Tolışi Sədo” (talışın səsi – red.) qəzetinin həbsdə olan baş redaktoru Novruzəli Məmmədovun http://216.239.59.104/search?q=cache:f8Xj47QO1i8J:www.irfs.az/content/view/1107/28/lang,az/+Novruz%C9%99li+M%C9%99mm%C9%99dov+h%C9%99bs+edildi&hl=ru&ct=clnk&cd=5&gl=az) oğlu Emil Məmmədovun işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

İclasda Məmmədov  həbsinin atasının həbsi ilə əlaqələndirirdi və vəkil köməyindən imtina etdiyinin bildirdi.
Dövlət ittihamçısı Şahin İsmayılov isə cinayət işində kifayət qədər sübutun olduğunu bildirdi və hakimdən işi icraata götürülməsini xahiş etdi. Müşavirəyə gedən hakim qayıtdıqdan sonra işi icraata götürdüyünü elan etdi və prosesi  oktyabrın 7-i saat 11:00 təyin edildi.
Məmmədov haqqında Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik maddə daşıma) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, E. Məmmədov 2003-cü ildən Ruhi Əsəb Xəstəlikləri Dispanserində “Affekt tipli psixopatiya” diaqnozu ilə qeydiyyatdadır.
Xatırladaq ki,  “Tolışi Sədo” qəzetinin  baş redaktoru, Milli Elmlər Akademiyasının şöbə müdiri Novruzəli Məmmədovun 2007-ci il fevralın 2-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib.  Daha sonra məhkəmənin hökmü ilə o 10 il müddətinə azadlıqdan məhrum edilib. O Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, dini düşmənçiliyi yayma) maddələri ilə ittiham olunub.

Previous Post

ELAN!

Next Post

ƏSGƏR VALİDEYNLƏRİ RATİ-NİN MƏTBUAT MƏRKƏZİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRDİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.