HÜQUQ MÜDAFİƏÇİSİNƏ QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA QALDIRILMIŞ İDDİALAR BİR İCRAATDA BİRLƏŞDİRİLDİ

“Demokratiyanın Müdafiəsinə Kömək” ictimai birliyinin sədri, hüquq müdafiəçisi Vidadi İsgəndərova qarşı xüsusi ittiham qaydasında qaldırılmış  3 iddia eyni icraatda birləşdirilib və Yasamal rayon məhkəməsinin hakimi Xaqani Tağıyevin icraatına verilib. Proses 2 iyun saat 16:00-a təyin edilib.

Dünən (17 may) Yasamal rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə Göyçay rayon Polis İdarəsinin rəisi Vüqar Məmmədyarovun və hakim Xaqani Tağıyevin sədrliyi ilə Göyçay rayon Polis Şöbəsinin inzibati təqiblər üzrə baş inspektoru Bəxtiyar Həşimovun iddiası üzrə keçirilən proseslərdə bu qərar qəbul edilib.
Qeyd edək ki, 11 may tarixində Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Rüfət İbayevin iddiasına əsasən hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən  prosesdə də iddiaçı tərəfin vəsatətinə əsasən eyni qərar çıxarılmışdı.
Xatırladaq ki, iddiaçılar Göyçay rayon Polis İdarəsinin rəisi Vüqar Məmmədyarov,  Göyçay rayon Polis Şöbəsinin inzibati təqiblər üzrə baş inspektoru Bəxtiyar Həşimov və Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Rüfət İbayevin  “Azadlıq” qəzetinin 2 aprel tarixli sayında “Polis məndən 3 min manat rüşvət alıb” adlı yazıda V.İsgəndərovun onlara  böhtan atdığını hesab edərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldıraraq, cinayət məsuliyyətinə cəlb olunmasını istəyiblər.

Previous Post

QHT-DONOR MÜNASİBƏTLƏRİ MÜZAKİRƏ OLUNUB

Next Post

AMNESTY İNTERNATİONAL, ARTİCLE 19 VƏ İNTERNATİONAL PEN TƏŞKİLATI EYNULLA FƏTULLAYEVLƏ BAĞLI BİRGƏ B

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.