DÖVLƏT İTTİHAMÇISI JURNALİST HAQQINDA ÇIXARILAN QƏRARI ƏDALƏTLİ HESAB ETDİ

Bu gün (12 may) Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin işi üzrə məhkəmə prosesi keçirilib

Proses dövlət ittihamçısı Qüdrət Nəsirovun çıxışı ilə başladı. Q. Nəsirov çıxışında Yasamal Rayon Məhkəməsinin Q. Zahidovun barəsində çıxardığı hökmü tam ədalətli hesab edərək hakimdən hökmü qüvvədə saxlamağı xahiş etdi. O, bildirdi ki, istintaqda Vüsal Həsənovun tibbi müayinədən keçirilməsi zamanı mexaniki səhv nəticəsində V. Həsənovun xəstəxanaya qəbul olunma tarixi ilə rentgendən keçmə tarixi dəyişik düşüb.

Bundan sonra hakim müşavirəyə yollandı və prosesi sabah (13 may) saat 11:00-a təyin etdi.  

Previous Post

MÜŞFİQ ƏLƏSGƏRLİ TƏKRARƏN JUHİ-NİN SƏDRİ SEÇİLİB

Next Post

Court on election-monitoring NGO in Azerbaijan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.