FƏXRƏDDİN HACIBƏYLİNİN DÖYÜLMƏSİ İLƏ BAĞLI AVROPADA YAŞAYAN AZƏRBAYCANLILARIN BƏYANATI

Almaniya hüquq mühafizə orqanlarına

Surəti:

Azərbaycan Respublikası hökumətinə,

Mətbuat və söz azadlığı müdafiəsi təşkilatlarına,

İnsan hüquqları müdafiəsi təşkilatlarına,

 

Biz Avropada yaşayan Azərbaycanlılar (AYA) martın 18-də Almaniyada mühacirətdə yaşayan azərbaycanlı jurnalist Fəxrəddin Hacıbəylinin döyülməsini onun həyatına terror hadisəsi kimi qiymətləndirir və baş verənləri qəti şəkildə pisləyirik.

 AYA qeyd edir ki, hazırda iki qabırğasının sınığı və qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi diaqnozu ilə xəstəxanada müalicə alan jurnalistin vəziyyətini həkimlər orta-ağır olduğunu bildirirlər. Jurnalist Berlində Novruz şənliyi keçirilən zaman həmin şəhərində yerləşən Azərbaycan səfirliyinin himayəçiliyi ilə fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Tofiq Qarayev və onun göstərişi ilə hərəkət edən cinayətkar şəxslər tərəfindən ölümcül vəziyyətə salınıb. Jurnalistin aldığı xəsarətlərin ağırlığı deməyə əsas verir ki, Tofiq Qarayevin rəhbərlik etdiyi qrup onu öldürməyə qərarlı olublar.

 AYA-nın araşdırması nəticəsində məlum olub ki, buna F.Hacıbəylinin 08 aprel 2010-cu il tarixində “Azadlıq” qəzetində yazdığı  “Diaspora tənliyi” adlı məqaləsi səbəb olub.

 AYA bildirir ki, jurnalistlərin peşə fəaliyyətinə müdaxilə insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə azadlığı) maddəsinə ziddir və bu cür hallarda mübahisələr hüquq müstəvisində həll olunmalıdır.

 AYA hadisəni törədən qrupun rəhbəri Tofiq Qarayevin Almaniya hüquq mühafizə orqanları tərəfindən istintaqa cəlb olunmağını alqışlayır və eyni zamanda tələb edir ki, hadisəni sifariş verən və törədən digər şəxslər tapılaraq istintaqa cəlb edilsinlər. AYA qeyd edir ki, bu cür adamların hərəkətləri beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna xələl gətirmək üçün hesablanmış planın bir hissəsidir.

Eyni zamanda AYA tələb edir ki, Azərbaycan hökuməti siyasi iradə nümayiş etdirib jurnalistə qarşı fiziki təzyiq göstərən şəxsləri  himayə etməkdən  imtina etsin!

AYA beynəlxalq ictimaiyyətə üzünü tutaraq tələb edir ki, jurnalistin pozulmuş hüquqlarının bərpası istiqamətində müvafiq addımlar atılsın!

Previous Post

İCTİMAİ PALATA APRELİN 2 DƏ MİTİNQ KEÇİRMƏKDƏ İSRARLIDIR

Next Post

GÜNÜN XƏBƏRLƏRİ 24 MART 2011

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.