REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN “XURAL” QƏZETİNİN BAŞ REDAKTORU ƏVƏZ ZEYNALL

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının  Azərbaycan iqtidarının siyasi sifarişi əsasında həbs alınmasını qətiyyətlə pisləyir və onu dərhal azadlığa buraxmağa çağırır.

Oktyabrın 28-də Ə.Zeynallı Korrupsiyaya Qarşı  Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun haqqında 3 ay müddətinə  həbs qətimkan tədbiri seçilib. Həbsə səbəb  Azərbaycan parlamentin  deputatı  hakim Yeni Azərbaycan Partiyasının siyasi şuranın üzvü Gülər Əhmədovanın  Korrupsiyaya Qarşı  Mübarizə İdarəsinə  verdiyi şikayət olub. Şikayətdə Gülər Əhmədova iddia  edir ki, təxminən iki ay öncə Əvəz Zeynallı ondan kompromat (haqqında olan ifşaedici) məlumatları  dərc etməmək müqabilində 12 min dollara yaxın pul tələb edib. Həmin ittihama görə Zeynallı 12 ilədək həbs cəzası ala bilər.

RATİ-nin ilkin araşdırmaları onu göstərir ki, baş redaktoru bu cür ağır ittihamlarla üzləşməsinə istintaqı aparan qurumun heç bir əsaslı sübut və dəlil yoxdur.

Digər tərəfdən RATİ müəyyən edib ki,  söz azadlığına dözümsüzlüyü ilə tanınan Azərbaycan iqtidarında Əvəz Zeynalının  həbsə   almaq üçün kifayət qədər səbəblər olub.

Belə ki, son bir ildə “Xural” qəzetinə 20-dən artıq diffamasiya  ilə bağlı məhkəmə çəkişməsi keçirilib.  Qəzet üçün Azərbaycan reallığında böyük məbləğdə  cərimə qərarları da olub. Prezident Administrasiyasının Rəhbəri Ramiz Mehdiyevin iddiası ilə  qəzet 10 min manat,    Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin iddiası əsasında isə 5 min manat məbləğində cərimələnib. Bu  cərimələri ödəməyə maddi imkanı olmadığı üçün  qəzetin bütün avadanlığı məhkəmə icraçıları tərəfindən siyahıya alınıb.

“Xural” qəzeti 2002 ilin oktyabr ayından həftəlik dərc olunurdu , lakin bu ilin sentyabr ayının 20-dən  gündəlik nəşr olunmağa başladı. Oktyabrın 17 də «Xural»qəzetində Əvəz Zeynallı  Azərbaycan Prezidenti İlham Əliyevin “Əl Jazira” telekanalının  aparıcısı Devid Frosta (David Paradine Frost) verdiyi müsahibəni  təhlil edərək Azərbaycan prezidentini kəskin tənqid etdi və onu istefa verməyə çağırdı. Məhz bu məqalənin dərc edilməsindən sonra «Xural»qəzeti hakimiyyətin növbəti qəzəbinə tuş gəldi. Belə ki iki gün sonra qəzetin ofisinə gələn məhkəmə nəzarətçiləri bütün kompyuter avadanlığını müsadirə edərək qəzetin işini  iflic elədi. Beləliklə oktyabr ayının 19-da «Xural» qəzetinin kompyuter avadanlıqları  Ramiz Mehdiyevin və Vüqar səfərlinin iddiaları üzrə cərimənin ödənilmədiyi üçün müsadirə olunub.   Avadanlıq müsadirəsindən dərhal sonra Əzvəz Zeynallı  prezidentə ünvanlanan daha bir sərt tənqidi yazını dərc elədi. Bu  yazı oktyabr ayının  20-də dərc olunduqdan sonra qəzet faktiki olaraq dərcini  dayandırmalı oldu. Həmçinin qeyd etmək lazımdır ki, bir çox mətbəələr oktyabr ayının 20-dən sonra “Xural” qəzetini çap eləməkdən  imtina etdilər. Beləliklə avadanlığı müsadirə olunmuş və üstəlik mətbəələr tərəfindən çap olunmayan «Xural»qəzeti çap versiyasını buraxa bilmədi.  Bu təzyiqlərə zorla tab gətirən «Xural»qəzeti onlayn rejimində fəaliyyətini davam etdirdi və bir çox yazılarında  faktiki olaraq iqtidarı sərt tənqid etməyə davam elədi. Nəhayət qəzetin fəaliyyətini iflic vəziyyətinə salınmasından sonra iqtidar Əvəz Zeynallını həbs elətdirmək qərarına gəldi.

Əvəz Zeynallının  həbs edilməsinin siyasi motivliyini dolayısı ilə sübut edən daha bir əsaslı fakt onun doğma  qardaşı Rauf Zeynalovun  oktyabrın 20 –də (  “Xural” qəzetinin əmlakın müsadirəsindən bir gün sonra) Dövlət Yol Polis İdarəsindən  heç bir əsas olmadan işdən  çıxarılmasıdır.

RATİ xatırlatmaq istəyir ki, oxşar üsulla vaxtikən “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin fəaliyyəti iflic edilmiş,  baş redaktor və təsisçi Eynulla Fətullayev uzun illərə həbsə atılıb. O zaman da qəzetin  əmlakı hüquq mühafizə orqanları tərəfindən müsadirə olunub və qəzetin fəaliyyətinin davam etdirilməsini mümkünsüz edib.

RATİ hesab edir ki, Ə.Zeynallını  həbsi bir daha göstərir  ki, Azərbaycan iqtidarı insan haqları və əsasən də ifadə azadlığı sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir

Maraqlıdır ki, məhz “Əl Jazera”ya müsahibəsində  prezident İlham Əliyev Azərbaycanda ifadə azadlığının yaxşı durumda olduğunu və nümunə kimi internetin azad olduğunu göstərmişdi. Lakin hakimiyyətin baş redaktoru həbsə atdırmağı  bu sözlərin səmimi olmasını göstərmir.

Qeyd etmək lazımdır ki 2012 ili may ayında Bakıda  “Evrovision 2012”  mahnı müsabiqəsini təşkil edən Azərbaycan hakimiyyəti  Avropa Yayım Nazirliyinə baş nazir Artur Rasizadə tərəfindən ünvanlanan  məktubda Azərbaycanda insan haqlarının qorunmasına  dünya ictimaiyyətinə bir növ zaminlik vermişdi

Lakin Azərbaycan həbsxanalarında çox saylı siyasi məhbusların olmağı, o cümlədən Əvəz Zeynallının həbsi onu göstərir ki, hökumətin insan haqları ilə bağlı vədləri sırf dekorativ xarakter daşıyır.

RATİ Azərbaycan iqtidarını Əvəz Zeynallını dərhal  azad etməyə,  söz azadlığına dözümlü  olmağa və insan haqlarına hörmətlə yanaşma çağırır.

RATİ həmçinin beynəlxalq ictimaiyyəti “Avroviziya 2012” müsabiqəsinə ev sahibliyini edən Azərbaycan Respublikasında insan haqlarını  xüsusi diqqətdə saxlamağa və bu haqları boğmağa yönəldilən addımları sərt şəkildə qınamağa çağırır.

 

 

 

 

Previous Post

GƏNCLƏR HÖKUMƏTİN SİYASƏTİNİ TƏNQİD EDİB

Next Post

POLİTOLOQ LEYLA ƏLİYEVA İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.