TƏLƏBƏ-JURNALİST ELMİN BƏDƏLOV APELLYASİYA ŞİKAYƏTİ VERİB

Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş “Poliqon” informasiya agentliyinin redaktoru Elmin Bədəlov Nəsimi rayon Məhkəməsinin  5 aprel tarixli qərarından apellyasiya şikayəti verib. 10.05.2010

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Bədəlov özü verib. O bildirib ki, mayın 5-də apellyasiya şikayətini Nəsimi rayon məhkəməsinə təqdim edib.

Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edərək, pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Lakin iddia təmin edilməmişdi.

Previous Post

Bakıda Gül Bayramı keçirilib

Next Post

“FOREİGN POLİCY” JURNALI EYNULLA FƏTULLAYEVİ DİSSİDENT ADLANDIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.