TƏLƏBƏLƏR QƏZET NƏŞR ETDİRMƏYƏ BAŞLAYIBLAR

“Yeni Müsavat” qəzetinin yaydığı məlumata görə, martın əvvəllərindən “Yanki news” qəzeti nəşr olunmağa başlayıb.

Həftədə bir dəfə işıq üzü görən qəzetin yaradıcı heyəti Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bir qrup tələbəsidir. Qəzetin redaktoru  Harun Yazıcının dediyinə görə, ”Yanki news” qəzeti hər cür ambisiyadan uzaq, obyektiv qəzetdir. Qəzet tələbə gənclərin elmi, ictimai, siyasi fəaliyyətinə yer verir, onların yaradıcılığını işıqlandırmağa çalışır.
    “Azadlıq” qəzetində verilən elanlarda isə martın 20-dən etibarən “Proloq” ədəbi qəzetinin nəşrə başlayacağı bildirilir.

Previous Post

HARAŞTİ JURNALİSTİN BIÇAQLANMASINI PİSLƏYƏN AÇIQLAMA İLƏ ÇIXIŞ EDİB

Next Post

AQİL XƏLİLİN YALNIZ DÖYÜLMƏSİ İLƏ BAĞLI İSTİNTAQ APARILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.