VƏTƏNDAŞ CƏMİYYƏTİNƏ DƏSTƏK KOALİSİYASI DƏYİRMİ MASA KEÇİRİB

Bu gün (14 yanvar) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası (VCDK) “Vətəndaş cəmiyyətinin problemləri: QHT-lərin dövlət qeydiyyatı və  qanunvericilikdəki boşluqlar” mövzusunda Dəyirmi Masa keçirdi.

VCDK-nın koordinatoru Razi Nurullayev bildirdi ki,   VCDK qeydiyyatdan keçməyən QHT-lərin əlaqələndirmə şəbəkəsini yaratmağı təklif edir. O, həmçinin bildirdi ki, VCDK QHT–lərə Dövlət Dəstək Şurası və beynəlxalq təşkilatlarla birlikdə bir işçi qrup yaradaraq QHT -lərin qarşısında qeydiyyat və hesabatlılıq prosesinin təkmilləşdirilməsi və sadələşdirilməsi məsələlərini müzakirəyə çıxararaq həll edilməsinə nail olmaq istəyir.

VCDK-nın Şura üzvü Oqtay Gülalıyev bildirdi ki, QHT haqqında Qanunundakı boşluqlar məmurların vətəndaş cəmiyyəti təmsilçilərini sıxışdırmasına səbəb ola bilər. O, Prezident İlham Əliyevin QHT-lər haqqında Qanuna dəyişikliklər və əlavələrlə bağlı dekabrın 25-də imzaladığı fərmana da toxunaraq bildirdi ki, bu fərman QHT-lərin bank əməliyyatları üçün də ciddi əngəllər yaradacaq. O.Gülalıyev əlavə etdi ki, Mənzil Məcəlləsinə edilmiş dəyişiklik də QHT-lərə ciddi problemlər yarada bilər.

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev bildirdi ki, QHT-lərin qeydiyyatı uzun illərdən bəri Azərbaycanda yaşanan bir problemdir və bu məsələ beynəlxalq təşkilatların da diqqət mərkəzində olsa da, vəziyyət mürəkkəb olaraq qalmaqdadır. O, əlavə etdi ki, qeydiyyatla bağlı məhkəmələrə müraciətlər də nəticəsiz qalmaqdadır. “Təkcə 2009-cu il ərzində qeydiyyatla bağlı 10 məhkəmə işi olub. Bu sıraya “Seçkilərin Monitorinqi və Tədrisi Mərkəzi”, “Media Monitorinqi Mərkəzi” və s. QHT-lər aiddir” – deyə İ.Əliyev dedi.

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov çıxışında qeyd etdi ki, QHT qanunvericiliyi ilə bağlı problemlər Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin dünən keçirilən toplantısında da müzakirə olunub və o, vətəndaş cəmiyyəti nümayəndələrini narahat edən məqamlarla bağlı üzvü olduğu Şuraya məlumat verib. O bildirdi, bu məsələlər QHT-lərə Dövlət Dəstəyi Şurasının yanvarın 15-də keçiriləcək toplantısında müzakirə olunacaq.
Dəyirmi Masada çıxış edən digər vətəndaş cəmiyyəti təmsilçiləri də müzakirə olunan problemlə bağlı fikir və təkliflərini söylədilər.
Tədbirdə həmçinin Avropa Şurasının və ATƏT-in Bakıdakı ofisinin nümayəndələri iştirak edirdilər.

 

 

 

Previous Post

ELAN!

Next Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ FƏALİYYƏTİNİ BƏRPA ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.