RADİO LİSENZİYASI ÜZRƏ İDDİA ALİ MƏHKƏMƏDƏ DƏ TƏMİN EDİLMƏDİ

Bu gün (5 iyul) Ali Məhkəmədə  hakim Əli Rüstəmovun sədrliyi ilə radio üçün lisenziyanın verilməsindən imtina etmiş Milli Televiziya və Radio Şurasına qarşı  Rəsul Cəfərov və Yaşar Ağazadənin apellyasiya məhkəməsinin 3 mart 2011-ci il tarixli qərarından verdikləri kassasiya şikayətinə baxılıb.

Şikayətçilər Rəsul Cəfərov və Yaşar Ağazadənin vəkili Elçin Sadıqov  RATİ-yə bildirdi ki,  hakim Ə. Rüstəmov apellyasiya məhkəməsinin çıxardığı qərarın qüvvədə saxlanıldığını və kassasiya şikayətinin təmin edilmədiyini bildirib.

             Xatırladaq ki, “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi”-nin sədri Cəfərov Rəsul və müstəqil jurnalist Yaşar Ağazadə Bakı və Abşeron yarımadasında yayımlanacaq radionun müvafiq tezlikdə fəaliyyətə başlaması üçün lisenziya almaq məqsədilə 2010-cu ilin aprelində Milli Televiziya və Radio Şurasına müraciət ediblər. Milli Televiziya və Radio Şurası kifayət qədər boş qalmış tezliyin olduğunu bildirsə də, tezlik ayırmaqdan və lisenziya verməkdən imtina etmişdir. İddiaçılar Milli Televiziya və Radio Şurasının hərəkətindən şikayət verərək dövlət qurumunun hərəkətinin qanunsuz hesab edilməsini və iddiaçılara lisenziya verilməsinin bu quruma həvalə olunmasını xahiş ediblər. Səbayel rayon Məhkəməsi 2010-cu ilin avqustunda bu iddianı təmin etmədiyindən iddiaçılar apellyasiya şikayəti vermişdilər. 3 mart 2011-ci il tarixdə apellyasiya məhkəməsi şikayətin təmin edilməməsi barədə qərar çıxarıb.

 

Previous Post

NEMƏT PƏNAHLININ AİLƏSİ SİYASİ SIĞINACAQ İSTƏMƏK NİYYƏTİNDƏDİR

Next Post

JURNALİT EYNULLA FƏTULLAYEV AVROPAYA SƏFƏRİNİN YEKUNLARINA DAİR MƏTBUAT KONFRANSI KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.