ALİ MƏHKƏMƏ JURNALİSTİN KASSASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Dünən (30 iyul) Ali Məhkəmədə hakim Tapdıq Mahmudovun sədrliyi ilə jurnalist Rövşən Hacıbəylinin (Hacıyevin) kassasiya şikayətinin geri qaytarılması barədə Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərardaddan verdiyi kassasiya şikayətinə baxılıb.

Hakim Rövşən Hacıbəylinin Bakı Apellyasiya Məhkəməsinin 29 may 2008-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətini təmin etməyərək, Bakı Apellyasiya Məhkəməsinin 29 may 2008-ci il tarixli qərardadını qüvvədə saxlayıb.
Xatırladaq ki, Binəqədi rayon Məhkəməsinin hakimi Allahverən Həsənov 13 noyabr 2007-ci il tarixində "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəylinin tərtibatçısı olduğu “İTV mətbuat aynasında”  telekanalın işgüzar nüfuzunu ləkələyən mətbu nəşr hesab edilməsi, kütləvi satışdan yığışdırılaraq məhv edilməsi, yenidən nəşr olunmasının qadağan edilməsi, Rövşən Hacıbəylinin İTV kollektivindən üzr istəməsi haqqında qərar çıxarmışdı. Rövşən Hacıbəyli 15 dekabr 2007-ci ildə Apellyasiya Məhkəməsinə şikayət vermişdi.
 02 aprel 2008-ci il tarixində şikayətə baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşadət Ağayev şikayətin təmin edilməməyi haqqında qərar çıxarmışdı.  R. Hacıbəyli çıxarılan qərardan  kassasiya şikayəti vermişdi. Ali Məhkəmə kasasiya şikayətinin vəkil tərəfindən imzalanmamağını  və vəkilin orderinin şikayətə əlavə edilməməyini əsas gətirərək Bakı Apellyasiya Məhkəməsinin 29 may 2008-ci il tarixli qərardadı ilə geri qaytarıb.

Previous Post

MÜSTƏNTİQ ƏLİ QULİYEV AQİL XƏLİLİN İDDİASI İLƏ KEÇİRİLƏN PROSESDƏ İFADƏ VERİB

Next Post

Aqil Xelilin telekanallara qarsi mehkeme prosesi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.