CƏZASIZLIĞA SON QOYULSUN!

23 noyabr 2012 il tarixində ilk dəfə olaraq Azərbaycanda "Cəzasızlığa Qarşı Beynəlxalq Gün"ü qeyd etmək istəyirsinizsə, peşə fəaliyyəti ilə əlaqədar qətlə yetirilmiş jurnalistlər üçün ədalət tələblərinə Siz də qoşulun.


Həmin gün (23 noyabr) saat 12:00-13:00-dək Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində "Cəzasızlığa son qoymağın vaxtı çatmışdır" adlı dəyirmi masa keçiriləcək ( Ünvan: Bakı şəh,  R. Behbudov küç 8,  mənzil 85/86)
Daha sonra saat 13:30-14:00-dək mərhum jurnalist-yazıçı Rafiq Tağının məzarı vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalist həmkarları, yaxınları və oxucuları tərəfindən  ziyarət olunacaq.
Sonda saat 15:00-16:00-dək Dalğa Gənclər Hərəkatının təsis etdiyi “Rafiq Tağı” mükafatının təqdim etmə mərasimi və Rafiq Tağının yaradıcılığını və həyat yolunu əks etdirən yeni kitabın prezentasiyası olacaq ( təqdimat Azneft meydanının yaxınlığında yerləşən Dalğa Plaza otelində keçiriləcək).


Əlavə məlumatı aşağıdakı telefon nömrələri vasitəsi ilə əldə edə bilərsiniz: (+99412) 408-80-02, (050) 508-78-87

Previous Post

QADINLAR NİGAR YAQUBLUNUN MÜDAFİƏSİ ÜÇÜN BİRLƏŞDİLƏR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.