“DEMOKRATİYA VƏ QHT-NİN İNKİŞAF RESURS MƏRKƏZİ”NDƏ VERGİ YOXLAMALARININ MÜDDƏTİ BİR AY UZADILDI

Naxçıvanda “Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzi” İctimai Birliyində   vergi yoxlamaları davam edir və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi yoxlamaların  əlavə olaraq daha bir ay davam edəcəyini bildirib.

Bu barədə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı müxbirinə Resurs Mərkəzinin sədri Məlahət Nəsibova məlumat verib.
“Muxtar Respublika Vergilər Nazirliyi 21 dekabr 2009 tarixdə Resurs Mərkəzinin maliyyə sənədlərini yoxlamaq haqda qərar çıxarıb. Bundan sonra  bütün sənədlər təqdim olunub və yoxlamalar aparılıb. Heç bir qanun pozuntusu da aşkarlanmayıb. Bütün sənədlərin təqdim etməyimizə baxmayaraq bizdən həmin sənədləri  yenidən tələb edirlər. Həmçinin yerli  hakimiyyət orqanları bizim lazım olan sənədləri vergilər idarəsinə təqdim etmədiyimizi bildirərək, bir sıra beynəlxalq təşkilatları da aldadıblar. Bu hal Resurs Mərkəzinə qarşı bir təxribat, vergi yoxlamalarının vaxtının uzadılması isə bizim müstəqil fəaliyyətimizə təzyiq vasitəsidir”, – deyə M.Nəsibova bildirib.

Xatırladaq ki, “Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzi”nin əməkdaşları dəfələrlə Naxçıvanda təzyiqə məruz qalıblar. Son olaraq isə 15 dekabr 2009-cu il tarixdə Naxçıvan Dövlət Universitetinin yaxınlığında tələbələr və müəllimlər arasında sorğuların keçirildiyi zaman Resurs Mərkəzinin əməkdaşları İlqar Nəsibov və Vəfadar Eyvazova hücum olub və onlar xəsarət alıblar.

Previous Post

Emin Milli və Adnan Hacızadənin Apellyasiya məhəməsi təxirə salındı

Next Post

NAZİRLİK QHT RƏHBƏRİNƏ BARIŞIQ TƏKLİF EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.