“TƏZADLAR” QƏZETİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLDİ

Bu gün (26 may) Bakı Apellyasiya Məhkəməsində hakim İsmayıl Vəliyevin sədrliyi ilə “Təzadlar” qəzetinin Nəsimi rayon Məhkəməsinin Mətbuat Şurasının xeyrinə çıxarılmış 30 mart 2010-cu il tarixli məhkəmə qərardadının ləğv edilməsi barədə şikayətinə baxıldı.

Prosesdə Mətbuat Şurasının nümayəndəsi Şəmsəddin Əliyev, şikayətçi tərəfdən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili və vəkili Əlirza Həbilov iştirak edirdilər.
Tərəflərin çıxışından və sual-cavabdan sonra məhkəmə kollegiyası müşavirəyə getdi.
 Müşavirədən sonra hakimlər kollegiyası Nəsimi rayon Məhkəməsinin 30 mart 2010-cu il tarixli məhkəmə aidiyyəti ilə bağlı çıxardığı qərardadının ləğv olunması və işin baxılması üçün yenidən Nəsimi rayon məhkəməsinə göndərilməsi barədə qərar çıxardı.
 Xatırladaq ki, “Təzadlar” qəzetinin 29 avqust 2009-cu il tarixli sayında Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məqalə dərc olunduqdan sonra MŞ həmin ilin sentyabr ayının 16-da qəzeti “qara siyahıya” daxil edib. A.Mərzili şərəf və ləyaqətin müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldıraraq cavabdehin təzminat ödəməsini istəyib. 30 aprel tarixində iddianın təmin edilməməsi ilə bağlı qərardad çıxarıldığı üçün A.Mərzili apellyasiya şikayəti verçişdi.

Previous Post

BMT KOMİTƏLƏRİNİN HAZIRLADIĞI TÖVSİYƏLƏR TƏQDİM OLUNUB

Next Post

“XURAL” QƏZETİNİN BAŞ REDAKTORUNUN İŞ OTAĞINDA SƏSDİNLƏMƏ QURĞUSU AŞKAR EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.