AZƏRBAYCANDA İNTERNET AZADLIĞINA HANSI TƏHLÜKƏLƏR VAR

Sentyabrın 28-də  Park İnn otelinin “Natəvan” zalında “Onlayn İfadə     təşəbbüsü” (Expression Online Initiative) kampaniyasının təşkilatçılığı ilə “Azərbaycanda İnternet Azadlığı üçün Təhlükələr” mövzusunda dəyirmi

masa  keçirilib.


Təşkilatın koordinatoru Rəsul Cəfərov tədbirin ölkədə internet azadlığı sahəsində vəziyyətin qiymətləndirilməsi məqsədi ilə keçirildiyini və kampaniya çərçivəsində növbəti bir addım olduğunu qeyd edib.

 

Əsas çıxışçı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əhbəri Emin Hüseynov Azərbaycan saytlarının kiber hücumlara məruz alması, Azərbaycanla Ermənistan arasında qarşılıqlı internet hücumlar barədə danışıb. Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin zərbaycanda əhalinin 65%-nin internet istifadəçisi olması haqqında
statistikası ilə razı olmadığını bildirib. Hüseynov Qarabağda yaşayan ətəndaşlarımızın internetdən istifadə etmək, informasiya almaq üququnun təmin edilməli olduğunu, simsiz internet rabitəsininyaradılmasının mümkünlüyünü qeyd edib.

İnternet İdarəçilik Forumunun eksperti, Proqressiv Kommunikasiyalar ssosiasiyasının üzvü   Avri Doria bildirdi ki, siyasi münaqişələr əticəsində baş verən kiber müharibələr zamanı ən əsas hücuma qarşılıq vermək əvəzinə yaxşı müdafiə olunma metodlarından istifadə etməkdir. İnternetin sərbəst olması o deməkdir ki, siz istədiyiniz şəxsə məlumatları ötürə və ala bilirsiniz. İnternet İdarəçiliyi Forumu da sasən internetin filtrasiyası, bloklama və insanların kommunikasiya exnologiyalarını necə öyrənir kimi məsələlərə xüsusi fikir erir”,-deyə xanım Doria qeyd edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdir Bəxtiyar Məmmədov ölkə vətəndaşlarının internetə əlçatımlılığı üçün etərincə işlər görüldüyünü, noyabrda Bakıda keçiriləcək Beynəlxalq nternet forumun bu sahənin inkişafına müsbət təsir göstərəcəyini eyib.

Gənc fəal Bəxtiyar Hacıyev elektron hökumətin əhəmiyyətindən danışıb, akin eletron xidmətlərin təşkilində ciddi nöqsan və problemlərin lduğunu vurğulayıb, bunlari əks etdirmək üçün misallar çəkib.

Naxçıvanlı hüquq müdafiəçisi Elman Abbasov qeyd edib ki, bu egionda internet hakimiyyətin nəzarəti altındadır. İnternet
provayderlərin xidmətləri keyfiyyətsiz və bahalıdır. Uzaq kəndlərdə mumiyyətlə internet yoxdur, internet klubları belə nəzarət ltındadır, internetin paylanılmasında inhisarçılıq olduğundan (cəmi 1 rovayder mövcuddur) hakimiyyət tərəfindən bəyənilməyən saytlara giriş əhdudlaşdırılır.

Qeyd edək ki, “Expression Online İniative” kampaniyası eportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, İnsan Hüquqları
Klubu və İnternational Media Support təşkilatı tərəfindən bu ilin oyabrında Bakıda keçiriləcək İnternet İdarəçilik Forumu öncəsi nternet sahəsində vəziyyəti araşdırmaq və müvafiq tövsiyələr azırlamaq məqsədilə yaradılıb.

Previous Post

NARDARANLILAR “MÜSƏLMANLARIN MƏSUMİYYƏTİ” FİLMİNƏ ETİRAZ EDİRLƏR

Next Post

GÜLƏR ƏHMƏDOVANIN MÜAVİNİ İFADƏ VERDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.