Dekabrın 3-də Yasamal Rayon Məhkəməsində deputatlığa keçmiş namizəd Fuad Qəhrəmanlıya qarşı ayrı-ayrı şəxslər tərəfindən xüsusi ittiham qaydasında 3 şikayət verilib.
Digər proses isə hakim Xəqani Tağıyevin sədrliyi ilə deputat Hüseynbala Mirələmovun Fuad Qəhrəmanova qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb. Bu prosesdə də hakim eyni məzmunla Baş Prokurorluğa müraciət edilməsini məsləhət bilib. Bu səbəbdən də hakim prosesi 10 dekabr saat 12:00- a təyin edib.
Üçüncü proses hakim Tahir İsmayılovun sədrliyi ilə YAP- ın keçmiş deputatı Əhəd Abıyevin Fuad Qəhrəmanova qarşı xüsusi ittiham qaydasına şikayətə əsasən proses keçirilib. Bu proses də eyni səbəbdən 10 dekabr saat 12:30-a təyin edilib.
Bütün iddiaçılar Fuad Qəhrəmanlının Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə məhkum olunmasını istəyirlər.
Qeyd edək ki, proseslərdə xüsusi ittihamçılar iştirak etməyiblər.