“TOLIŞİ SƏDO” QƏZETİNİN REDAKTORU HİLAL MƏMMƏDOV HƏBS EDİLİB

Talış dilində dərc olunan “Tolışi sədo” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədov saxlanılıb. Bu barədə RATİ-yə adı çəkilən qəzetin redaktoru Rafiq Cəlilov məlumat verib.

R.Cəlilovun sözlərinə sözlərinə görə,  o, səhər saat 10 radələrində evdən çıxaraq, qohumuna baş çəkmək üçün Neftçilər xəstəxanasına gedib. 11:30-da Məmmədov evə zəng edərək, yarım saat sonra qayıdacağını bildirib, bundan sonra yoxa çıxıb.

            “Saat 14.00-dan 15.30-a qədər mobil telefonuna edilən zənglərə naməlum kişi səsi cavab verərək, Hilal Məmmədovun həkim tərəfindən müayinə olunduğunu, telefona cavab verə bilməyəcəyini deyib.             Yalnız saat  17.30-da paytaxt polisindən Məmmədovun qanunsuz narkotik saxlamaq ittihamı ilə saxlandığını təsdiq edib”

Axşam saatlarında isə H.Məmmədovun evində axtarış başlanılıb.

Qeyd edək ki, 2007-ci ilin fevralında “Tolışi Sədo” qəzetinin əvvəlki redaktoru, Novruzəli Məmmədov vətənə xəyanətdə ittiham edilərək  10 il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu ildə isə N.Məmmədov Penitensiar Xidmətin həbsxanasında vəfat edib.

 

Previous Post

ƏVƏZ ZEYNALLININ BU DƏFƏ DƏ MƏHKƏMƏ PROSESİNDƏ İŞTİRAKI TƏMİN EDİLMƏDİ

Next Post

HƏBS OLUNAN HİLAL MƏMMƏDOVUN EVİNDƏ AXTARIŞ APARILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.