HAKİM ANS-İN VƏKİLLƏRİNƏ TAPŞIRIQ VERDİ

Bu gün Nəsimi rayon məhkəməsinin hakimi Məmməd Məmmədovun sədrliyi ilə ANS-in “Azadlıq fədailəri” qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədə iddiaçı tərəfin nümayəndələri Hacıyev Tofiq və Tağıyev Araz, cavabdeh tərəfdən isə "Azadlıq fədailəri" qəzetinin baş redaktoru Vüqar Qurdqanlı iştirak edirdi. Hakim iddia ərizəsində cavabdeh kimi göstərilən qəzetin Allahverdi Nəbi adlı əməkdaşının ünvanının yalnış olduğunu söylədi. Hakim bu şəxsin ünvanını dəqiqləşdirmək üçün iddiaçı tərəfə rəsmi tapşırıq verdi və bildirdi ki,  20 fevral saat 10:00-a kimi həmin şəxsin ünvanı məhkəməyə təqdim edilməlidir. Növbəti məhkəmə prosesi 20 fevral saat 12:00-a təyin edildi.
     Xatırladaq ki, “ANS press” Nəşriyyat Evi   “Azadlıq fədailəri” qəzetini və qəzetin Allahverdi Nəbi adlı əməkdaşını qəzetin 28.11-01.12-2007-ci il tarixli sayında dərc edilmiş yazıya görə məhkəməyə verib. İddiaçı qəzetdə “ANS-in pornoqrafiyası” başlıqlı və “ANS hər zaman, hər yerdədir-tərbiyəsizliyi ilə” sərlövhəli məqaləsində yazılan yazıların həqiqətə uyğun olmadığını, yalan, alçaldıcı və təhqiredici məlumatlar olduğunu hesab edir. “ANS press” Nəşriyyat Evi məhkəmədən qəzetin  təkzib verməsi, qəzetdən 50000 (əlli min) manatın tutulması, qəzetin əməkdaşı Allahverdi Nəbidən 10000 (on min) manatın tutulması haqqında qətnamə çıxarmasını xahiş edib.    
 
 

Previous Post

YENİ QƏZET FƏALİYYƏTƏ BAŞLAYIR

Next Post

JURNALİSTLƏRƏ QARŞI İDDİALARIN ƏKSƏRİYYƏTİ DÖVLƏT MƏMURLARI TƏRƏFİNDƏN QALDIRILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.