ENERJİ OĞURLUĞUNDA İTTİHAM OLUNAN JURNALİSTİN MƏHKƏMƏSİ BAŞLAYIR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyevə qarşı CM-nin  189-1.1-ci maddəsi  ilə (elektrik enerjisi oğurlamaq) açılmış cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Məhkəmənin hazırlıq iclası sentyabrın 2-i saat 11.00-a təyin edilib. Bu haqda məlumatı RATİ-yə H.Mehdiyevin özü bildirib.
“Bu gün mənə Şərur rayon məhkəməsi tərəfindən bildiriş gəlib. Bildirişdə məhkəmənin hazırlıq iclasının 2 sentyabr saat 11.00 təyin edildiyi bildirilib”-deyə Mehdiyev qeyd edib.
 Xatırladaq ki, jurnalistə qarşı təzyiqlər iyulun əvvəllərində “Franfurter Algemayne Tsaytunq” qəzetinin icmalçısı Mixael Lüdviqin Naxçıvana səfəri zamanı onu müşayiət etməsindən sonra başlayıb (yerli hakimiyyət almanı Naxçıvana buraxmamağa cəhd edirdi).
İyulun 15-də yerli hakimiyyəti Mehdiyevin Şərur rayonunun Cəlilkəndindəki evinin yaxınlığında yerləşən avtomobil yuma məntəqəsində elektrik enerjisindən qanunsuz istifadə bəhanəsi ilə onun evinə enerji verilməsini dayandırıb. Lakin Mehdiyevin sözlərinə görə, o, istifadə etdiyi bütün enerjinin haqqını ödəyib və onun bunu təsdiq edən sənədləri var. O vaxtdan etibarən Mehdiyevlər ailəsi 24 gün işıqsız yaşayıb.
Mehdiyev 1050 manatlıq elektrik enerjisindən qanunsuz istifadə etməkdə
ittiham olunur. Lakin Mehdiyev özü ittihamı saxta, hüquq müdafiə və jurnalist fəaliyyətinə görə cəzalandırılması məqsədi güdən siyasi sifariş hesab edir.

Previous Post

2 APREL AKSİYASI İŞTİRAKÇILARININ BİRİNCİ QRUPUNA HÖKM OXUNDU

Next Post

DÖVLƏT İTTİHAMÇISI VİDADİ İSGƏNDƏROVUN 4 İL AZADLIQDAN MƏHRUM EDİLMƏSİNİ İSTƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.