Mehdiyev 1050 manatlıq elektrik enerjisindən qanunsuz istifadə etməkdə ittiham olunur. Lakin Mehdiyev özü ittihamı saxta və hüquq müdafiə və jurnalist fəaliyyətinə görə cəzalandırılması məqsədi güdən siyasi sifariş hesab edir.
Ona qarşı təzyiqlər iyulun əvvəllərində “Franfurter algemayne tsaytunq” qəzetinin icmalçısı Mixael Lüdviqin Naxçıvana səfəri zamanı onu müşayiət etməsindən sonra başlayıb (yerli hakimiyyət almanı Naxçıvana buraxmamağa cəhd edirdi).
İyulun 15-də yerli hakimiyyəti Mehdiyevin Şərur rayonunun Cəlilkənd kəndindəki evin yaxınlığında yerləşən avtomobilyuma məntəqəsində elektrik enerjisindən qanunsuz istifadə bəhanəsi ilə onun evinə enerji verilməsini dayandırıb. Lakin Mehdiyevin sözlərinə görə, o, istifadə etdiyi bütün enerjinin haqqını ödəyib və onun bunu təsdiq edən sənədləri var. O vaxtdan etibarən Mehdiyevlər ailəsi işıqsız yaşayır.
Yalnız bu gün enerjipaylama şəbəkəsinin işçiləri elektrik enerjisi verilməsini bərpa etmək üçün Mehdiyevin evinə gəliblər və onun mənzili elektrik enerjisi ilə təmin edilib.