KANAL XƏBƏRDARLIQ EDİLƏRƏK CƏZALANDIRILIB

yanvar 8th, 2008
“Yanvarın birindən Azərbaycan telekanallarında xarici filmlər dublyaja verilir”.

Dünən  APA-ya müsahibə verən MTRŞ –nın sədri   Nüşirəvan Məhərrəmli bildirib ki, yanvarın ilk günlərində yalnız bir telekanal rus dilində film yayımlayıb və dərhal cəzalandırıb.

       Bunun hansı telekanal olduğunu və telekanala hansı cəzanın tətbiq edilməsini dəqiqləşdirmək üçün RATİ Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə əlaqə saxlayıb. MTRŞ-dən bildiriblər ki, filmlərin yalnız Azərbaycan dilində göstərilməsi haqqında qərarı yalnız bir kanal pozub, lakin kanalın adını çəkməməyə üstünlük veriblər. Eyni zamanda cəzanın yalnız xəbərdarlıqdan ibarət olduğu da bildirildi.

     Qeyd edək ki, dünən “Mediaforum” saytında İsmayıl İsmayılovun müəllifliyi ilə “Yeni İlin “Telesürprizləri””adlı məqalə dərc edilmişdi. Məqalədə göstərilir ki,   yanvarın 1-i “Lider” kanalı “Evdə tək-2”, ATV isə “Qütb ekspresi” filmlərini rus dilində efirə veriblər.