TELEKANALLARA ÇƏKİLİŞ APARMAĞA İCAZƏ VERİLMƏYİB

N saylı hərbi hissədə 4 hərbiçini öldürdüyü, ikisini isə yaraladığı bildirilən iki əsgərdən biri – Elxan Əzizovun dəfnində telekanalların çəkiliş aparmalarına icazə verilməyib. Bu barədə “Azadlıq” radiosuna E.Əzizovun atası Bəyalı Əzizov məlumat verib. Onun sözlərinə görə, Elxan Əzizov yanvarın 30-da doğulduğu torpaqda – İsmayılı rayonunun Zeyvə kəndində dəfn edilərkən, polis telekanallara dəfin mərasimindən çəkiliş aparmağa imkan verməyib.


Məsələ ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) növbətçisi, mayor Rüstəmov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşına belə bir məlumata malik olmadığını bildirib. RPŞ-nin səlahiyyətli şəxsləri ilə danışmaq cəhdi isə baş tutmadı.
Xatırladaq ki, yanvarın 28-də N saylı hərbi hissədə 2 əsgər 4 hərbçini güllələyərək qətlə yetirib və 2 hərbçini yaraladıqdan sonra özləri də həlak olublar.

Previous Post

ELAN!

Next Post

MİLLİ MƏCLİSDƏ HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AZAD OLUNMASI TƏLƏB OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.