TELEJURNALİST MƏTBUAT KONFRANSI KEÇİRİB

Bu gün (01 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində telejurnalist Dilşad Məmmədova rəhbəri olduğu “DeeM-prodakşn” MMC ilə “Nur” klinikası arasında yaranmış maliyyə problemləri ilə bağlı mətbuat konfransı keçirdi.

D.Məmmədova bildirdi ki, 2008-ci ildə “Nur” klinikası ilə müqavilə bağlayıb. “1 illik müqaviləyə əsasən, “DeeM-prodakşn” klinikanın sponsorluğu ilə veriliş hazırlayaraq, ANS telekanalında yerləşdirməli və klinikanın rəhbəri Mehparə Məmmədova reklam haqqı olaraq, hər ay üçün bizə 6000 manat ödəməli idi. İlk proqram həmin il iyunun 22-də efirə çıxıb və M.Məmmədova bizə yalnız 1 ayın pulunu ödəyib. İkinci ay o, bildirdi ki, həm maliyyə problemləri yarandığından, həm də Azərbaycanda olmadığından, hələlik pulu ödəyə bilmir. Buna görə də, özü zamin duraraq, 3 bankdan mənim adıma kredit götürdü ki, işləri həll edim” – deyən D.Məmmədova bildirdi ki, üçüncü ay M.Məmmədova xərclərinin çox olduğunu və pulu ödəyə bilməyəcəyini deyib.  Bundan sonra verilişin efirə verilməsi dayandırılıb.

 

D.Məmmədova vurğuladı ki, götürülən kreditləri ödəyə bilmədiyi üçün banklar onu məhkəməyə verib.

 

O özü isə “Nur” klinikasının müqaviləyə əsasən ödəməli olduğu 62.200 manatı almaq üçün 1 saylı Yerli İqtisad Məhkəməsində iddia qaldırıb. “Mehparə Məmmədova isə iddia edir ki, guya 18 min manat ödəyib. Buna görə də, paralel olaraq, Vergilər Nazirliyinə də müraciət etmişəm” – deyən şikayətçi əlavə etdi ki, məhkəmədə iddia təmin olunmadığı üçün, şikayət etdiyi Bakı Apellyasiya Məhkəməsi iddianı qismən təmin edərək, “Nur” klinikasının 4500 manat ödəməsi barədə qərar çıxarıb. Bu qərarla bağlı hər iki tərəf Ali Məhkəməyə kassasiya şikayəti verib.

 

Dilşad Məmmədova mətbuat konfransında bildirdi ki, işi ilə yanaşı ailəsi ilə birlikdə yaşadığı evi də itirib.

 

Previous Post

BEYNƏLXALQ JURNALİSTLƏR FEDERASİYASININ TƏMSİLÇİLƏRİ AZƏRBAYCANDA MEDİANIN DURUMUNU ARAŞDIRIBLAR

Next Post

BAKI APELLYASİYA MƏHKƏMƏSİ RATİ-NİN ELMİN BƏDƏLOVUN MƏHKƏMƏSİ İLƏ BAĞLI MÜRACİƏTİNİ CAVABLANDIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.