ABŞ SƏFİRİNİN MƏTBUAT NÜMAYƏNDƏLƏRİ İLƏ VİDA GÖRÜŞÜ

Bu gün (10 iyun) Amerika Birləşmiş Ştatları səfiri Enn Dersi Azad Mətbuatın Şərəfinə ziyafət təşkil edib. Səfir qonaqlara bildirib ki, sizi buraya gördüyünüz işə ehtiramımı bildirmək və eyni zamanda ABŞ-ın söz azadlığının və mətbuat azadlığının vacibliyinə verdiyi önəmi yenidən vurğulamaq üçün dəvət etmişəm.

O, jurnalistlərə müraciətində deyib ki, hər bir yerdə jurnalist olmaq çətindir. “Lakin elə yerlər var ki, orada jurnalist olmaq xüsusi çətinlik təşkil edir. Azərbaycanı tərk etməyə hazırlaşdığım bir vaxtda sabahın jurnalistlərini və gələcəyin həqiqi azad mətbuatını alqışlamaq istəyirəm” – deyən Enn Dersi vurğulayıb ki, ömrünün sonuna kimi Azərbaycan xalqının dostu olacaq.
Ziyafətdə ölkənin aparıcı KİV rəhbərləri və media qurumlarının rəhbərləri iştirak ediblər.
Previous Post

MÜKAFATA LAYİQ GÖRÜLƏNDƏN BƏRİ EYNULLA FƏTULLAYEV BEYNƏLXALQ SƏVİYYƏDƏ DİQQƏT MƏRKƏZİNDƏDİR

Next Post

ABŞ SƏFİRİNİN MƏTBUAT NÜMAYƏNDƏLƏRİ İLƏ VİDA GÖRÜŞÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.