ABŞ-IN HELSİNKİ KOMİSSİYASI DA AZƏRBAYCAN MƏTBUATININ DURUMUNDAN NARAHATDIR

ABŞ-ı Helsinki Komissiyasının sədri, konqresmen Alsi Hastinqs və komissiyanın həmsədri Bencamin Kardin Beynəlxalq Mətbuat Azadlığı Günü ilə dünyada söz azadlığın vəziyyətinə dair bəyanat yayıblar.

Təşkilatın rəsmi internet saytında yerləşdirilən bəyanatın Azərbaycana aid olan hissəsində deyilir ki, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin müşahidə etdiyi kimi hazırda Azərbaycanda mediaya edilən təzyiqlər xüsusi narahatlıq doğurur:
       “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilin bıçaqlanması hadisəsi jurnalistlərə qarşı hücumlardan yalnız biridir. 2007-ci ilin dekabr ayında 5 nəfər jurnalistin azad olunmasına baxmayaraq yenə də başqa media nümayəndələri hələ də həbsdədir. Biz Azərbaycan rəhbərliyini jurnalistlərə qarşı olan hücumları araşdırmağa və günahkarları cəzalandırmağa, eyni zamanda diffamasiya və təhqirə görə cinayət məsuliyyətini ləğv etməyə, həbsdəki jurnalistləri azadlığa buraxmağa çağırırıq”, – deyə bəyanatda bildirilir.

Previous Post

“HEÇ KƏS TƏNQİDİ FİKİRLƏRİNƏ VƏ YAZILARINA GÖRƏ HƏBS EDİLƏ BİLMƏZ”

Next Post

RAMİZ MEHDİYEV HƏBSDƏ OLAN JURNALİSTLƏRİN ƏFV OLUNMASININ NƏZƏRDƏ TUTULMADIĞINI BİLDİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.