“ÜÇ NÖQTƏ” QƏZETİNİN REDAKSİYASI QARƏT OLUNUB

Bu gün (10 dekabr) “Üç nöqtə” qəzetinin redaksiyası qarət olunub.

Bu barədə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktor müavini Elməddin Muradov məlumat  verib. Onun sözlərinə görə, səhər saatlarında redaksiyaya gələn əməkdaşlar qapının qırıldığını görüblər.
 Muradov qarət faktına görə  əsasən redaksiya ilə eyni binada yerləşən və hazırda təmir olunan obyektdə (dükan) işləyən fəhlələrdən şübhələndiklərini bildirdi. Onun sözlərinə görə, redaksiyaya və həmin obyektə  ümumi giriş qapısından daxil olurlar. Bu səbəbdən də ümumi qapının açarı fəhlələrdə də olur:“Hadisə barədə dərhal Daxili İşlər Nazirliyinin (DİN) qaynar xəttinə (102) xəbər verdik və  redaksiyaya polis əməkdaşları ilə birgə daxil olduq. Orada qan izlərini də aşkarladı”.
Muradovun sözlərinə görə hadisə zamanı ümumilikdə beş monitor və bir printer oğurlanıb.
Onun sözlərinə görə,  hadisə yerinə Yasamal rayon Polis İdarəsinin, (RPİ) Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları da baş çəkiblər və faktla bağlı Yasamal RPİ –i 26-cı Polis Bölməsində araşdırmalar aparılır.
Baş vermiş hadisə ilə əlaqədar Yasamal RPİ-i 26-cı Polis Bölməsi və DİN mətbuat xidməti ilə telefon əlaqəsi saxlamaq istəsək də, təəssüf ki, zənglərimizə cavab verilmədi.
Previous Post

ELAN!

Next Post

AZƏRBAYCANDA İNSAN HÜQUQLARININ MÜDAFİƏSİLƏ BAĞLI YENİ İCTİMAİ BİRLİK TƏSİS EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.