OFİSİ QARƏT OLUNMUŞ “ÜÇ NÖQTƏ” QƏZET FƏALİYYƏTİNİ BƏRPA EDİB

Bu gün (11 dekabr) “Üç nöqtə” dərc olunmayıb.

Buna səbəb "Üç nöqtə" qəzetinin redaksiyasının qarət olunmasıdır.  Belə ki,  dekabrın 10-da qəzet redaksiyası  qarət olunub. Qarət nəticəsində redaksiyadan  beş monitor və bir printer oğurlanıb. Faktla bağlı RATİ-yə məlumat verən qəzetin   baş redaktor müavini Şahin Əliyevin sözlərinə görə, hadisə ilə bağlı  Yasamal rayon Polis İdarəsinin əməkdaşları araşdırmalara başlayıblar. Artıq hadisə yerinə baxış keçirilib, hadisə yerindən əl-barmaq izləri götürülüb.
Əliyev qəzetin fəaliyyətinin bərpa edilməsi üçün artıq üç monitorun alındığını və qəzetin  sabahdan (12 dekabr) çap olunacağını qeyd etdi. Onun sözlərinə görə, hazırda qəzet online rejimində fəaliyyət göstərir.
Previous Post

“ÜÇ NÖQTƏ” QƏZETİNİN REDAKSİYASI QARƏT OLUNUB

Next Post

“JURNALİSTLƏR HƏDƏ-QORXUSUZ İŞLƏYƏ BİLMƏLİDİRLƏR ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.