BMT-NİN İNSAN HAQLARI KOMİTƏSİ AZƏRBAYCANDA İNSAN HAQLARININ VƏZİYYƏTİNDƏN NARAHATDIR

“Human Rights House Foundation” təşkilatı 20-21 iyul 2009-cu ildə BMT-nin İnsan Haqları Komitəsində Azərbaycan hakimiyyətinin təqdim etdiyi dövrü hesabatı, eyni zamanda Komitəyə təqdim edilən alternativ QHT hesabatı və aparılmış müzakirələrlə bağlı məlumat yayıb.

İnsan Haqları Komitəsi 2009-cu il iyulun 20 və 21-də keçirilmiş sessiyada  Azərbaycanın 3-cü dövri hesabatını nəzərdən keçirdi və 2009-cu il iyulun 30–da sonuncu müşahidələrlə bağlı məlumat əldə etdi.
Azərbaycanın qeyri-hökumət təşkilatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) nümayəndəsi və “Human Rights House Foundation” İnsan Haqları Komitəsinin Azərbaycanla bağlı müzakirələrdə iştirak etmişlər. Azərbaycanın 8 hüquq müdafiə təşkilatı ölkədə insan haqları ilə bağlı ən böyük problemlərin dördünü əhatə edən “Məsələlərin siyahısına cavab” başlığı altında alternativ QHT hesabatı qismində Komitəyə təqdim etmişdi.

 

1. Qadınlara qarşı ayrı-seçkilik və yerli zorakılıq

 

Bu günə qədər Azərbaycanda ən dəhşətli və daimi olan problemlərdən biri də qadınlara qarşı yerli zorakılıqdır. Hökumət isə bu məsələyə xüsusi diqqət yetirmir. Hüquq Maarifçiliyi  Cəmiyyətinə, Qadınların Hüquqlarının Qorunması Assosiasiyasına əsasən, ölkənin Cinayət Məcəlləsi yerli zorakılıq xüsusi cinayət hesab etmir və yerli zorakılıqla bağlı ayrıca qanun layihəsi hələ qəbul olunmayıb.
Bundan əlavə hökumət hələ yerli zorakılıq hallarını effektli şəkildə  araşdırmayıb və yerli zorakılıq qurbanlarına bəraət qazandırmaq üçün xüsusi proqramların həyata keçirilməsini vacib saymır. Komitə nümayəndələrindən biri vurğuladı ki, hökumətin işi yerli zorakılığın qarşısını almaqdır.
Onlar bəyan etdi ki, ölkənin Cinayət Məcəlləsində cinayətə  görə cəza müəyyən etməklə  yanaşı, qadınlara qarşı yerli zorakılığın qarşısını almaq üçün qanun çərçivəsində bir sıra imkanlar mövcuddur. Onlar həmçinin bildirdilər ki, hökumət qadınlara qarşı yerli  zorakılığın qarşısını ala bilən və yerli zorakılıq qurbanlarına bəraət qazandıran qanun layihəsini nəzərdən keçirir. Nümayəndə heyəti bildirdi ki, qadınlara qarşı ayrı-seçkiliyin bütün formaları ilə yanaşı bu  məsələ dövlət üçün ən öndə gedən problemlərdən biri olmalıdır.
Komitənin sonuncu müşahidələri göstərdi ki, bununla bağlı ölçü götürülməsinə baxmayaraq qadınlara qarşı zorakılıq xüsusilə də yerli zorakılıq  hələ də  davam edir. Bu isə yerli zorakılıq qurbanlarının təhlükəsiz sığınacaqlarının olmaması ilə əlaqədardır. Belə ki Komitə qadınlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı dövlət partiyalarının öz cəhdlərini gərginləşdirməsini bildirmişdi.

2. Ədalətli məhkəmə hüququ

Digər mövcud problemlərdən biri isə məhkəmə müstəqilliyinin  çatışmazlığıdır. Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin, Hüquq Maarifçiliyi  Cəmiyyətinin, Azad İqtisadiyyata Yardım İctimai Birliyinin, Sülh və Demokratiya İnstitutunun verdiyi məlumata  əsasən məhkəmə hakimiyyəti icraedici qurumların və Ədliyyə Nazirliyinin sədrliyi ilə məhkəmə proseslərinə nəzarət edən Məhkəmə Hüququ Şurasının  nəzarəti altındadır.

Nümayəndə heyətinin cavabı o olub ki, onlar üçün ən əhəmiyyətlisi məhkəmə sisteminin islahatlarıdır və onlar məhkəmələrin şəffaflığı və təkmilləşməsi üçün çalışırlar. Onlar həmçinin Məhkəmə Hüququ Şurasının Ədliyyə Nazirinin yurisdiksiyası çərçivəsində olduğu iddianı təkzib edir və həmin orqanın müstəqil işlədiyini iddia etmişlər. Nümayəndə heyəti komitəni  inandırmağa çalışmışdır ki, onlar məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün qanuna və təşkilat qaydalarına əsasən işləyirlər.

Komitə sonuncu müşahidələrində qeyd edib ki, məhkəmə hakimiyyəti siyasi təzyiqlərdən və icraedici orqanlardan tamamilə müstəqil deyil.
Komitə bildirir ki,  hakimiyyət məhkəmə hakimiyyətini təmin etməlidir.

3. Söz və Fikir  azadlığı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və Media Hüququ İnstitutu jurnalistlərlə bağlı  cəzalandırılmayan  və ya hökumət nümayəndələrinin özləri tərəfindən törədilən 10 xüsusi hal təqdim ediblər.

Ölkə  nümayəndəsi jurnalistlərin həbsxanadan azad edilməsi ilə bağlı amnistiya aktının verilməsi, mediaya dövlət tərəfindən maliyyə yardımının edilməsi, qəzetlərin kreditlə təmin olunması, mətbuata aid olan vergilərin azaldılması kimi nümunələr göstərərək hökumətin medianı necə “gücləndirməsi” ilə bağlı  fikir söyləmişdir.
Komitə üzvlərinin  həbs olunmuş və şübhəli ittihamlarla saxlanılan  jurnalistlərin işi ilə bağlı suallara, nümayəndə heyətinin cavabı o oldu ki, jurnalistik fəaliyyətlə heç bir əlaqəsi olmayan cəza aktları ilə məhkəməyə verilən jurnalistlər qanuna əsasən qeyri-jurnalistlərlə bərabər hüquqa malikdir. Lakin Komitə üzvləri arasında narkotikdən istifadə və xuliqanlıqla bağlı olan ittihamlarla jurnalistlərin həbsi şübhə yaradır. Komitə üzvlərindən biri 2009-cu il iyununda naməlum şəxslər tərəfindən döyülən iki jurnalistin (bloqçunun) işi ilə bağlı məsələ qaldırdılar və ölkənin nümayəndə heyəti bildirdi ki, gənc şəxslər xuliqanlıqda ittiham edilərək həbs edilmişlər çünki restoranların birində sərxoş vəziyyətdə olublar.
Komitə sonuncu müşahidələrində bildirdi ki, medianın fikir azadlığı, müstəqil qəzetlərin bağlanması, xarici radiostansiyaların yayımlanması  üçün lisenziyanın ləğv edilməsi ilə bağlı hüquqlara məhdudiyyətlər qoyulub. Məruzədə jurnalistlərə qarşı xuliqanlıq ittihamı, böhtan və təzyiq nümunələri göstərilmişdir. Beləliklə, Komitə söz və fikir azadlığına qoyulmuş birbaşa və dolayı məhdudiyyətlərə son qoyulması üçün dövlət rəsmilərinə mühüm tədbirlər görməsini bildirmişdir.

4. Sərbəst toplaşmaq və birləşmək  hüququ

Humanitar Tədqiqat Cəmiyyəti və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu qeyd edir ki, hökumət sərbəst toplaşmaq və birləşmək hüququnu müntəzəm olaraq nəzarət altında saxlayır. Bu məhdudiyyətlərə daxildir: müxalifət partiyalarının siyasi yığıncaqlarının və gənclər hərəkatının qadağan olunması, müəyyən edilmiş yerlərin idarə edilməsinə qoyulmuş məhdudiyyətlər, siyasi yığıncaqların genişlənməsi və xüsusilə seçki ərəfəsində təhlükəsizlik orqanları tərəfindən müxalifət rəsmilərinə təzyiq göstərilməsi. Sərbəst toplaşmaq hüququna əsasən hazırkı polislərə piketlərin, müxtəlif etiraz formalarının, birgə keçirilən festivalların, qəzetlərin birgə oxunmasının qanuni yolla dayandırılmasına icazə verilmişdir və iyulun 13-də İnsan Haqları Komitəsinin sessiya açılışı zamanı “Human Rights House Foundation”-nin Cenevrə ofisinin başçısı Florian İrminger  bəyanatında bildirmişdir ki, mitinq üzvlərini də həbs edilməsi üçün polislərə icazə verilmişdir.  
Ölkənin nümayəndə heyəti təkidlə bildirdi ki, 2005-ci ilin noyabr ayında parlament seçkilərindən əvvəl sərbəst toplaşmaqla bağlı qanunda heç bir məhdudiyyətlər olmayıb və 2008-ci ilin oktyabr ayında isə prezident seçkiləri zamanı heç bir pozuntuya rast gəlinməyib. Nümayəndə heyəti məruzəsində bildirdi ki, 2005-ci il seçki ərəfəsində müxtəlif namizədlərlə keçirilən mitinqlərin sayı 26 000 olmuşdur. Onların 15-ə isə  bəzi məhdudiyyətlər qoyulmuşdu.
Onlar həmçinin bildirdilər ki, 2008-ci il prezident seçkilərindən öncə namizədlərlə 10,200-ə qədər görüş olmuşdur və onların heç biri pozuntu ilə keçirilməyi və şikayətlər olmayıb.
Lakin Azərbaycanda QHT–lər bildirdi ki, səlahiyyətli şəxslər heç bir səbəb olmadan fərdlərin toplaşmaq hüququnu məhdudlaşdırır və onlar arasında jurnalistlər və hüquq müdafiəçiləri var.
Beləliklə, Komitə bildirdi ki, dövlət partiyaları  öz qaydalarını, siyasətini və təcrübəsini  yenidən yoxlasın və müqavilənin 21-ci maddəsinə əsasən bütün şəxslər öz hüquqlarından tamamilə istifadə edə bilsin. Komitə həmçinin 2005 və 2008-ci illərdə keçirilən seçkilərdə  qayda pozuntuları ilə bağlı öz fikirlərini səsləndirmişdir və komitə bildirmişdi ki, dövlət partiyaları müqavilənin 25-ci maddəsində göstərildiyi kimi vətəndaşların bütün hüquqlardan istifadə etməsi üçün ciddi şəkildə tədbir görsün. 
 Xatırladaq ki, iyulun 20-21-də Cenevrədə keçirilmiş  Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Komitəsinin 96-cı sessiyası  çərçivəsində Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələrdə Azərbaycandan Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinə daxil olan 8 hüquq müdafiə təşkilatının  (Hüquq Maarifçiliyi Cəmiyyəti, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Media Hüquq İnstitutu, Dilarə Əliyeva adına Qadınların Hüquqlarını Müdafiə Cəmiyyəti, Sülh və Demokratiya İnstitutu, Humanitar Araşdırmalar Cəmiyyəti, Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi, Azad İqtisadiyyata Yardım İctimai Birliyi ) təmsilçisi Rəsul Cəfərov Azərbaycanda insan haqlarının bir neçə sahəsindəki problemlər (söz və fikir azadlığı, sərbəst toplaşmaq azadlığı, ədalətli məhkəmə hüququ, qadınlara qarşı ayrı-seçkilik və onlara qarşı zorakılıq) barəsində alternativ hesabat təqdim etmiş və insan haqları və Azərbaycanda söz azadlığı ilə bağlı Komitə üzvlərinin suallarını cavablandırmışdı.
 

Previous Post

ELAN!

Next Post

MÜSAVAT GƏNCLƏR TƏŞKİLATININ AĞASİF ŞAKİROĞLU İLƏ ƏLAQƏDAR KEÇİRDİYİ MƏTBUAT KONFRANSI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.