ƏLİ HƏSƏNOVA GÖRƏ ABŞ VƏ BÖYÜK BRİTANİYA AZƏRBAYCANIN ƏLEYHİNƏDİR

Xarici radiostansiyaların FM dalğalarında yayımlarını bərpa edəcəklərinə ümid azalıb.

Bunu Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun “day.az” saytına verdiyi müsahibəyə (http://www.day.az/news/politics/144264.html) rəğmən də söyləmək olar.
“Bir cümlə ilə deyə bilərəm ki, bu radiostansiyalar hazırda soyuq müharibənin davamının təzahürüdür. Sivil ölkələrdə onlar yayımlanmır, əgər yayımlanırlarsa da bunu xüsusi statusla etmirlər. Əlbəttə, bu radiostansiyalar Azərbaycanda yayımlanmaq istəyirlər, qoy bunu etsinlər və biz də qanunvericiliyimizə uyğun onlara şərait yaradacağıq. Amma onlar digər ölkələrdə yayımlandıqları kimi yayımlanmalı olacaqlar. Biz onların yayımlanması üçün xüsusi imkanın yaradılması fikrində deyilik. Bir daha qeyd edim ki, bu radiolar soyuq müharibə dövründən qalıblar və əleyhinə işlədikləri ölkələrin dillərində həmin ölkələrdə yayımlanırlar. Əgər bu radiostansiyalar bu qədər vacibdirlərsə, bəs niyə Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, Fransada, Belçikada və digər ölkələrdə yayımlanmırlar. Bu o, deməkdir ki, bu radiostansiyalar əhalinin məlumatlandırılmasına deyil, digər məqsədlərə xidmət edirlər. Hətta buna baxmayaraq, bu radiostansiyaların sahibi olan ölkələr hesab edirlərsə bu radioların yayımlanmağı vacibdir qoy işləsinlər, amma biz onlara xüsusi imkanlar yaratmayacağıq. Bütün dünyada radio və telekanallar beynəlxalq tele-radio yayımı haqqında konvensiyasının tələblərinə uyğun olaraq yayımlanır və bu bizdə də belə olacaq”, – deyə Ə.Həsənov qeyd edib.
Xatırladaq ki, Azərbaycan Milli Televiziya və Radio Şurasının 30 dekabr 2008-ci il tarixli qərarı ilə 01 yanvar 2009-cu il tarixindən Azərbaycanda “Azadlıq”, “Amerikanın səsi” və BBC radiostansiyalarının FM  tezliyində yayımı dayandırılıb.
Previous Post

BAKIDA “ŞƏHİDLƏR GÜNÜ” FOTOSƏRGİSİ KEÇİRİLDİ

Next Post

20 YANVAR ŞƏHİDLƏRİNƏ HƏSR OLUNMUŞ FOTO SƏRGİDƏN VƏ ŞƏHİDLƏR XİYABANINDAN HAZIRLANMIŞ VİDEO ÇARX

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.