SABAH “GÜNDƏLİK BAKI” QƏZETİNİN BAŞ REDAKTORUNA HÖKM OXUNACAQ

Bu gün (04 sentyabr) Yasamal rayon Məhkəməsində hakim Tahir İsmayılovun  sədirliyi ilə Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Mənzil İstismarı Bölüyünün əsgəri Əli Yusifovun  “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı irəli sürdüyü şikayəti əsasında  məhkəmə prosesi keçirilib.

Proses tərəflərin çıxışı ilə davam edib.  
Prosesdə ilk çıxış edən dövlət ittihamçısı Vəliyevin təqsirli hesab olunaraq 1 il 10 ay müddətində azadlıqdan məhrum edilməsini tələb etdi.
Vəliyevin vəkili Mirzəmməd Rəhimov isə cıxışı zamanı baş redaktorun günahsız olduğunu və ümumiyyətlə qaldırılmış cinayət işinin saxta olduğunu söylədi. Vəkil hesab etdi ki, Vəliyev qəzetində mütəmadi olaraq Müdafiə Nazirliyi ilə bağlı tənqidi məqalələr dərc etdiyi üçün məhkəməyə verilib. Çıxışının sonunda isə vəkil Vəliyevə bəraət verilməsini xahiş etdi.
Sonda hakim hökmün elan olunası üçün məhkəmə prosesini sabah (05 sentyabr) saat 10.00-a qədər təxirə saldı.
Xatırladaq ki, "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev Cinayət Məcəlləsinin 188 (torpaq üzərində mülkiyyət hüququnu pozma) və 315.1 (xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmə) maddələri ilə ittiham olunur. İddiaya görə, o, Müdafiə Nazirliyinin istifadəsinə verilmiş ərazidə xeyir-şər evi tikdirmiş və bu il fevral ayının 25-də həmin xeyir-şər evi Müdafiə Nazirliyi İstismar İdarəsinin Mənzil İstismar Xidməti Bölüyünün əsgərləri tərəfindən sökülərkən, guya baş redaktor əsgər Yusifova xəsarət yetirib və nəticədə əsgərin çeçələ barmağı əzilib.

Previous Post

JURNALİST “AZERCELL”İ MƏHKƏMƏYƏ VERDİ

Next Post

“ZERKALO” QƏZETİNƏ QARŞI QALDIRILMIŞ İDDİA İCRAATA YÖNƏLDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.